Tural Ağatlı-»QAR»
Suvarır hər yanı ağappaq dəniz
Yerin ürəyini sərnidən kimi.
Necə də od tutub köksüm bilsəniz,
Söndürün eşqindən yanan qəlbimi.
Baz onda sevgim də, odum da artar,
Siz ey ulduzlardan qopan ulduzlar.
Davami…. →
Suvarır hər yanı ağappaq dəniz
Yerin ürəyini sərnidən kimi.
Necə də od tutub köksüm bilsəniz,
Söndürün eşqindən yanan qəlbimi.
Baz onda sevgim də, odum da artar,
Siz ey ulduzlardan qopan ulduzlar.
Davami…. →
Məcid Həsənliyə
Həmişəki kimi dərsə gecikmişdi. Bu onun adəti idi, məktəb vaxtları da birinci saatı ötürərdi.
Qapının ağzında durmuşdu. Amma girməyə cürət eləmirdi.
Pilləkənlərin yuxarısından bir qız əyilib ona baxanda tez qapının yanından aralandı, qaçıb pilləkənlərin yuxarısına nəzər saldı. Orda kimsə yoxdu, səsizlik hökm sürürdü. Öz-özünə fikirləşdi: “Görən o qız kim idi?”
Bunu düşünəndə artıq qapını açmışdı. İçəridəkilərin onu aydan gəlmiş adam kimi süzmələrinə, müəllimin tənəli sözlərinə alışıq idi. Ona görə də heç kimi vecinə almadı. Keçib yerində oturana qədər müəllim eləcə donqullandı. Hələ deyəsən uşaqlardan biri fürsətdən istifadə edib ortaya bir zarafat atdı, qızlar dişlərini ağartdı.
O, tənələri, zarafatları eşidirdi, amma eyninə almırdı, bir qulağından alıb, o biri qulağından ötürürdü. Oturan kimi mobil telefonunu açdı, həmişəki kimi çata girib qızlarla yazışmağa başladı.
Hər gün günəş işıqlarını şəfəqin müəmma könlündən salarkən illərdir tək dəyişməz arzum buludların göydən damla-damla yağışlarını endirməsi idi. Mənim üçün hər yerə düşən yağış damcısının səsi həyatda əvəz olunmamasının səbəbi, buluddan düşən hər damcıda bir mələk yerə enərmiş. Yağışlı havalara insanların çoxunun mövqeyi qarşıdır, coxu yağışı sevməz, şikayət edər. Amma mən onların acığına pəncərimi ardına kimi açib əllərimi uzadib yağışın damcılarını əlimlə tutardım, sanki hər damla da mənim üçün bir mələk göndərilirdi. Yağış yağarkən havaya qalxan torpağın qoxusundan həzz alarkən bəzən də özümə görə gözumdən yaş axidaraq bəlkə mən də bir mələk göndərdim dəyə səvinərdim.
Həm də yağış yağarkən insanın bütün xeyirli duaları qəbul olunurmuş.Bir gün yağış yağarkən mələk kimi gözəl bir sevgilimin olmasını arzu ettim.Biraz keçdikdən sonra duamın qəbul olmadığını zənn edərək yağışı göndərənə küsdüm.Səbrsizlik məni elə utandırdi ki, Yaradana şükür etməyə də üzüm gəlmədi.Duam qəbul olunmuş sanki hər yagis damlasında göndərilən mələklərdən biri mənim üçün gəlmişdi.
Nə zamandır çəkirəm həsrətini cananın,
Könlümün mülkünə o candan əziz sultanın.
Tazə güllər açıb,ey sərvqədim,gülşəndə,
Mənə sənsiz nə gərək ətri gülün,reyhanın.
Gəl çıx,ey sərv-rəvan,canımı yandırdı fəraq,
Söndürüm vəslin ilə atəşini hicranın.
Tazə ay tək bulud ardından əgər çıxsan,inan,
Bir canım var,onu da eyləyərəm qurbanın.
Kaş verə izni zühur Xaliqi-Sübhan gələsən,
Edəsən aləmi nurunla çıraqban , gələsən.
Qədəmin bəxş edəcəkdir quru səhraya həyat,
Həmi pəjmürdə təbiət tapacaq can, gələsən.
Vaxt ötür, gözləməyə yoxdu lüzum şəvval ayın,
Gəl edək birgə obaşdan bu rəməzan , gələsən.
Tükənib səbrü qərar, tabü təvan, Sən yoxsan,
Axı, həsrət uzanar bəs haçanaycan, gələsən.
Kim ki, məhşər gününə qəlbdə iman aparır,
Elə bilsin ki ,bütün dərdinə dərman aparır.
Qəlbi irfanla dolanlardadı rəbbin işığı,
Bunu yalnız bacarıb əsli müsəlman aparır.
Ya imam, həsrətin ilə bir ömür yol gəldim,
Başa düşdüm ki ,məni vəslinə hicran aparır.
Gecəni açmışam hər sübh azan sotilə
Ruhumu sanki alıb ayeyi Quran aparır.
Hara getdim, hara baxdım, səni axtardı gözüm,
Bu nə cür cazibədir ağlımı başdan aparır.
Müjdə ey dil,təzədən bağı-imamətdə bu gün,
Açılıb bir güli-bimisli,lətafətdə,bu gün,
Bu günün şövqü səfası bürüyüb afaqi,
Günlər içrə olur ancaq bu şərafətdə,bu gün
Bu qədər aşiq içində,belə bir xoş gündə,
Bəxtəvərsən oturubsan bu ziyafətdə bu gün,
Hər kim istər ki,yetə vəslinə bu mövlanın,
Əl açıb,zikr eləsin vəqti-ibadətdə bu gün,
ƏCCƏLƏLLAHU-TAALA-FƏRƏCƏH.

QEYD: BU AYIN 26 DAN 27 KECEN GECE MU EMELLERİ EDİRLER
İmam Baqir (Ə) bu gecənin fəziləti haqqında soruşdular.həzrət buyurdu:Qədir gecələrindən sonra ən fəzilətli gecədir.Allah taala o,gecə bəndələrinə fəzl(və bərəkət)əta edir.Onların günahlarını ğz kəraməti ilə bağışlayır.Belə isə Allaha təqərrüb üçün çalışın.Allah taala öz müqəddəs zatına and içibdir ki,bu gecə heç bir əli nə qədər ki,məsiyət tələb etməyib,öz dərgahından boş qaytarmayacaqdır.
Bu gecənin bərəkətlərindən biri də Əsrin Sultanı İmam Zaman həzrəti Məhdi (ə) bu gecədə dünyaya gəlməsidir.Həzrət 255-ci hiçri qəməri ilinin şə`ban ayının on beşinci günü,səhərə yaxın Samirra şəhərində dünyaya göz açmışdır.
Bu gecənin bir neçə əməli vardır:
1. Qusul etmək;Bu gecə qusul etmək günahların yüngülləşməsinə səbəb olar.
2. Bu gecəni,dua,namaz və istiğfarla əhya saxlamaq.(İmam Zeynul-abidin (ə)bu gecəni əhya saxlayırdı)
3.İmam Hüseyn (ə) -ın ziyarəti;
Bu gecə İmam Hüseyn (ə)-ı yüz iyirmi dörd min peyğəmbərin ruhu ziyarət edər.
O həzrəti ziyarət etmək üçün dama çıxıb ,sağa və sola baxıb,sonra başını göyə tərəf tutub bu dua ilə O,həzrəti ziyarət etsin.
Gerçekleşecektir Rabb’imin va’di
Yerine gelecek enbiyâ ahdi
Altüst olacaktır Şeytân’ın tahtı
Hâtem-i Evsiyâ geldiği zaman
Son bulacak hayat, denen bu zindân
Kıtlık görmeyecek diyâr-ı Ken’ân
Yakub çekmeyecek bir daha hicrân
O Yusuf-i Zehrâ geldiği zaman
Gerçekleşecektir Rabb’imin va’di
Yerine gelecek enbiyâ ahdi
Altüst olacaktır Şeytân’ın tahtı
Hâtem-i Evsiyâ geldiği zaman
Son bulacak hayat, denen bu zindân
Kıtlık görmeyecek diyâr-ı Ken’ân
Yakub çekmeyecek bir daha hicrân
O Yusuf-i Zehrâ geldiği zaman
Davami…. →
İnsanlıgın Alın Yazısı
Kutlu sehirlerin ruhlari, geceleri gözlere görünen yatirlari gibi uyanacaklardir.
Bursa’nin, Istanbul’un, Konya’nin, Diyarbekir’in, Erzurum’un, Sam’in Bagdat’in,
Buhara’nin, Semerkand’in ve bes safta Mekke’nin, Medine’nin
ve hepsiyle birlikte Kahire’nin, Kuala-Lumpur’un, Bingazi’nin,
Islam-Abad’in, Darüsselam’in ruhlari dirilecektir.
O çocugu bekliyoruz.
Dünyayi degistirecek, yenileyecek, meshur kelimemizle söyleyelim, diriltecek çocugu.
O çocugu ki, reklam ve propaganda edilenleri degil, edilmeyenleri bilsin.
Kendine verileni asan bir çocuk olsun o çocuk.
Verilmeyeni alabilen bir çocuk. Gizliyi, sir olani kurcalayan, tarihin sifrelerini çözen bir genç.
Derleyisleri dagitan, dagilmislari derleyen bir genç adam.
Bu gün,İyul 25-də,İmamMehdi(ə.c)mövlüdinə təsadüf edən bir gündə,»Şəms»birliyin ustadları,Hacı Ələmdar Mahir,Ənvər Nəzərli və Elnarə Şəms,Xatirə Vaqif,Seyran İsmayılov,Dilşad Araz,Gülşən xanım Ənvər Nəzərlinin bağ evində növbəti məclisi keçirtdilər.Hər zamankı kimi biri-birindən maraqlı keçən məclislər kimi,bu məclis də olduqca maraqlı keçdi.İmam Zamana(ə.c)ithaf edilən şeirlər və başqa mövzularda maraqlı şeirlər oxundu!
Yetmiş yaşlı canında yeddi sevinc
Yetmiş dərdi ilə
Oturmuşdu ölümünün astanasında….
Günortanın istisində
Xatirələrin tüstüsündə
Gözləri acışırdı.
Ac ümidlər təknəsindən daşırdı…
Çarşabının altında gizlətdiyi arzuları
Gözlərindən boylanırdı qorxa-qorxa
Özündən xəbərsiz…
Quru nəfəs gəzdirən ruh kimi
Dolaşırdı öz aləmində..
Gözləri tanıtmaqdan bezmirdi onu dünyaya
Üsyan edərək..
Tutmuşdu qəminin əlindən
Özündən xəbərsiz…
Lövhü-məhfuzda taleyini izləyən mələk
əmr gözləyirdi onun adını silməyə
qarı qorxurdu gülməyə…
qırışmış yumşaq əllərindən əllərimə axan hərarət,
sözündən ,nəfəsindən ürəyimi titrədən hikmət,
çoxdan itirdiyi övladını tapmış ana həsrəti
ətrafına günəş işığı kimi yayılan
mərhəmətin əzəməti
məni dünyadan alırdı…
dünya gözümdə qocalırdı
Özündən xəbərsiz…………………
SANDIK ƏDƏBİYYATI «BANİSİ» (http://www.azadliq.org)

Yeridir sürgünə, ya türməyə Əhməd Cavadın..
Hər şəyirdin bir ustası, hər fənnin bir yaradıcısı, hər cərəyanın bir başçısı olmamış deyildir.
Bizdə çokdan bəri kollanan “sandık ədəbiyyatı” cərəyanının «banisi” də – haqqında məqalələr yazılan Əhməd Cavad cənablarıdır.
Hazırda məktəbli gənclərimizin bir hissəsi (ədəbiyyat həvəskarları) Cavadın curuq parçalarını dillərində əzbər etmişlər. “Unudulmuş sevdalar”, “ Göy-göl”, “Leyla” gibi milli və şovinist ruhda yazılan parçalar, gənclərimiz arasında çox səmimiyyətlə qarşılanır.
Hətta musaməə verilən gecələrdə belə bu və ya başqa gənc “xanəndələrdən” birisi Cavadın heç olmasa “ Leylasını” oxumaqdan özlərini saxlaya bilmir.
Bu hələ sandık ədəbiyyatının zahiri forması (şəklidir).
Vəsl dərdin çək,könül,dünya ki var,bizlik deyil,
Çün bu dünya içrə çox məna ki,var,bizlik deyil.
Bir gülün eşqində əfqan eylərik,bülbül kimi,
Bağ içində hər güli-rəna ki, var,bizlik deyil.
Dərd əlindən qaçmadıq səhralərə,tab eylədik,
Məcnun adlı aşiqi-rüsva ki, var,bizlik deyil.
Biz ki,hicri-yar ilə bidarıq,ey dil,hər gecə,
Bəxtəvər aşiq görən röya ki, var,bizlik deyil.
“Mən elə bilirdim ki,həyatı öyrənirəm,sən demə ölümü öyrənirəm”Leonardo da Vinçi
Ağ vərəq!Yazıram,əslində hər qələmi əlimə aldığımda yazmadıqlarımı yazmaq üçün.Bəzən sevincimi,bəzən duyğularımın həmdəmi olan bir neçə misranın qəlbimdə digər fikirlərinin yaranmasına maneəçilik yaratmaması üçün başlıq yaratmaq naminə kiçicik qeydlər edirəm.Fikirlərim məni boğur,mənsə fikirlərimin ağuşunda təlatümlü dalğalarda çarpışan bir gəmi kimi düşüncələrimi cilovlaya bilmirəm.Bilmirəm nədən yazım.Bir çox mövzular bir ani məqamla hələ ağ vərəqə bənzəyən beynimin bir sətrində canlanır və həmin saniyədə itir.