Gözümün önünde qocalan dünya…..II ci hissə
Yetmiş yaşlı canında yeddi sevinc
Yetmiş dərdi ilə
Oturmuşdu ölümünün astanasında….
Günortanın istisində
Xatirələrin tüstüsündə
Gözləri acışırdı.
Ac ümidlər təknəsindən daşırdı…
Çarşabının altında gizlətdiyi arzuları
Gözlərindən boylanırdı qorxa-qorxa
Özündən xəbərsiz…
Quru nəfəs gəzdirən ruh kimi
Dolaşırdı öz aləmində..
Gözləri tanıtmaqdan bezmirdi onu dünyaya
Üsyan edərək..
Tutmuşdu qəminin əlindən
Özündən xəbərsiz…
Lövhü-məhfuzda taleyini izləyən mələk
əmr gözləyirdi onun adını silməyə
qarı qorxurdu gülməyə…
qırışmış yumşaq əllərindən əllərimə axan hərarət,
sözündən ,nəfəsindən ürəyimi titrədən hikmət,
çoxdan itirdiyi övladını tapmış ana həsrəti
ətrafına günəş işığı kimi yayılan
mərhəmətin əzəməti
məni dünyadan alırdı…
dünya gözümdə qocalırdı
Özündən xəbərsiz…………………












UNESCO İrlandiyanın paytaxtı Dublini “Ədəbiyyat şəhəri” elan edib.
'



Bu barədə Milli.Az xəbər portalına Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Qalmaqallı Britaniya yazıçısı Salman Rüşdinin “Şeytan ayələri” romanının Azərbaycan dilinə tərcüməsinin “Unikal” qəzetində çapı dayandırıldı. Bu dəfə birdəfəlik.
