Şəms Ədəbi Məclisi

Şəms Ədəbi Məclisi
Subscribe

Archive for the ‘"Şəms"’

Mübarək Ramazan bayramınız mübarək olsun!

Август 10, 2010 By: admin Category: "Şəms", Əhli-beyt

RamazanSevin ey xəstə könül mahi-Ramazan gəldi,

Bu mübarək Ramazan dərdlərə dərman gəldi.

Yenə öz süfrəsin açmış bu mübarək gündə,

Yenə Xəllaqi-cahandan yerə ehsan gəldi.

Həq yanında o qədər izzəti var,ALLAHdan,

Bu ayın hörmətini tutmağa fərman gəldi.

Hər ayın öz şərəfi,öz adı vardır,amma

Ramazan ayı bütün aylara sultan gəldi.

(далее…)

Hacı Ələmdar Mahir-Füzuli yaradıcılığında bədii təyinlər(epitetlər)

Август 05, 2010 By: admin Category: "Şəms", Hacı Ələmdar Mahir

DSC01055Şeirdə sözün daha zəngin,daha dolğun bir tərzdə ifadə olunmasına bədii təyin deyilir. Başqa sözlə desək bədii təyin təsvir olunan hər hansı bir hadisənin və ya haqqında söhbət açılan hər hansı bir şəxsin,maddənin ümumiyyətlə hədəfin əsas cizgilərini daha qabarıq sürətdə göstərmək sənətidir.

Paybənd oldum səri-zülfi-pərişanın görüb,

Nitqdən düşdüm ləbi-ləli-dürəfşanın görüb.

Oda yaxdım şəni”vəş canım görüb rüxsarını,

Çərxə çəkdim dudi-dil sərvi-xuramanın görüb.

(далее…)

Dilşad Araz-»Yoluna göz dikən eşq əhlinin imdadına yet»

Июль 27, 2010 By: admin Category: "Şəms", Poeziya, Əhli-beyt

DSC01052Nə zamandır çəkirəm həsrətini cananın,

Könlümün mülkünə o candan əziz sultanın.

Tazə güllər açıb,ey sərvqədim,gülşəndə,

Mənə sənsiz nə gərək ətri gülün,reyhanın.

Gəl çıx,ey sərv-rəvan,canımı yandırdı fəraq,

Söndürüm vəslin ilə atəşini hicranın.

Tazə ay tək bulud ardından əgər çıxsan,inan,

Bir canım var,onu da eyləyərəm qurbanın.

(далее…)

Xatirə Vaqif-»Mehdi Sahibəzzaman(ə.s) mövlüdi»

Июль 27, 2010 By: admin Category: "Şəms", Poeziya, Əhli-beyt

img1542Kim ki, məhşər gününə qəlbdə iman aparır,
Elə bilsin ki ,bütün dərdinə dərman aparır.

Qəlbi irfanla dolanlardadı rəbbin işığı,
Bunu yalnız bacarıb əsli müsəlman aparır.

Ya imam, həsrətin ilə bir ömür yol gəldim,
Başa düşdüm ki ,məni vəslinə hicran aparır.

Gecəni açmışam hər sübh azan sotilə
Ruhumu sanki alıb ayeyi Quran aparır.

Hara getdim, hara baxdım, səni axtardı gözüm,
Bu nə cür cazibədir ağlımı başdan aparır.

(далее…)

Hacı Ələmdar Mahir-»İmami-zaman ağanın şərəfinə həsr olunmu şeir»

Июль 27, 2010 By: admin Category: "Şəms", Əhli-beyt

DSC01055Müjdə ey dil,təzədən bağı-imamətdə bu gün,

Açılıb bir güli-bimisli,lətafətdə,bu gün,

Bu günün şövqü səfası bürüyüb afaqi,

Günlər içrə olur ancaq bu şərafətdə,bu gün

Bu qədər aşiq içində,belə bir xoş gündə,

Bəxtəvərsən oturubsan bu ziyafətdə bu gün,

Hər kim istər ki,yetə vəslinə bu mövlanın,

Əl açıb,zikr eləsin vəqti-ibadətdə bu gün,

ƏCCƏLƏLLAHU-TAALA-FƏRƏCƏH.

(далее…)

Bu gecə çox mübarək gecədir! Şə`ban ayının on beşinci gecəsi!

Июль 26, 2010 By: admin Category: "Şəms", Əhli-beyt

QEYD: BU AYIN 26 DAN 27 KECEN GECE MU EMELLERİ EDİRLER

İmam Baqir (Ə) bu gecənin fəziləti haqqında soruşdular.həzrət buyurdu:Qədir gecələrindən sonra ən fəzilətli gecədir.Allah taala o,gecə bəndələrinə fəzl(və bərəkət)əta edir.Onların günahlarını ğz kəraməti ilə bağışlayır.Belə isə Allaha təqərrüb üçün çalışın.Allah taala öz müqəddəs zatına and içibdir ki,bu gecə heç bir əli nə qədər ki,məsiyət tələb etməyib,öz dərgahından boş qaytarmayacaqdır.
Bu gecənin bərəkətlərindən biri də Əsrin Sultanı İmam Zaman həzrəti Məhdi (ə) bu gecədə dünyaya gəlməsidir.Həzrət 255-ci hiçri qəməri ilinin şə`ban ayının on beşinci günü,səhərə yaxın Samirra şəhərində dünyaya göz açmışdır.
Bu gecənin bir neçə əməli vardır:
1. Qusul etmək;Bu gecə qusul etmək günahların yüngülləşməsinə səbəb olar.
2. Bu gecəni,dua,namaz və istiğfarla əhya saxlamaq.(İmam Zeynul-abidin (ə)bu gecəni əhya saxlayırdı)
3.İmam Hüseyn (ə) -ın ziyarəti;
Bu gecə İmam Hüseyn (ə)-ı yüz iyirmi dörd min peyğəmbərin ruhu ziyarət edər.
O həzrəti ziyarət etmək üçün dama çıxıb ,sağa və sola baxıb,sonra başını göyə tərəf tutub bu dua ilə O,həzrəti ziyarət etsin.

(далее…)

NERGİS GÜLÜ!

Июль 26, 2010 By: admin Category: "Şəms", Əhli-beyt

Gerçekleşecektir Rabb’imin va’di
Yerine gelecek enbiyâ ahdi
Altüst olacaktır Şeytân’ın tahtı
Hâtem-i Evsiyâ geldiği zaman

Son bulacak hayat, denen bu zindân
Kıtlık görmeyecek diyâr-ı Ken’ân
Yakub çekmeyecek bir daha hicrân
O Yusuf-i Zehrâ geldiği zaman

Gerçekleşecektir Rabb’imin va’di
Yerine gelecek enbiyâ ahdi
Altüst olacaktır Şeytân’ın tahtı
Hâtem-i Evsiyâ geldiği zaman

Son bulacak hayat, denen bu zindân
Kıtlık görmeyecek diyâr-ı Ken’ân
Yakub çekmeyecek bir daha hicrân
O Yusuf-i Zehrâ geldiği zaman
(далее…)

«Şəms»birliyin növbəti məclisi Ənvər Nəzərlinin bağışnda!

Июль 25, 2010 By: admin Category: "Şəms"

DSC01055DSC01047

Bu gün,İyul 25-də,İmamMehdi(ə.c)mövlüdinə təsadüf edən bir gündə,»Şəms»birliyin ustadları,Hacı Ələmdar Mahir,Ənvər Nəzərli və Elnarə Şəms,Xatirə Vaqif,Seyran İsmayılov,Dilşad Araz,Gülşən xanım Ənvər Nəzərlinin bağ evində növbəti məclisi keçirtdilər.Hər zamankı kimi biri-birindən maraqlı keçən məclislər kimi,bu məclis də olduqca maraqlı keçdi.İmam Zamana(ə.c)ithaf edilən şeirlər və başqa mövzularda maraqlı şeirlər oxundu!

(далее…)

Mirağayeva Humay-»Ölümü öyrənin!»

Июль 23, 2010 By: admin Category: "Şəms"

“Mən elə bilirdim ki,həyatı öyrənirəm,sən demə ölümü öyrənirəm”Leonardo da Vinçi

P1240186Ağ vərəq!Yazıram,əslində hər qələmi əlimə aldığımda yazmadıqlarımı yazmaq üçün.Bəzən sevincimi,bəzən duyğularımın həmdəmi olan bir neçə misranın qəlbimdə digər fikirlərinin yaranmasına maneəçilik yaratmaması üçün başlıq yaratmaq naminə kiçicik qeydlər edirəm.Fikirlərim məni boğur,mənsə fikirlərimin ağuşunda təlatümlü dalğalarda çarpışan bir gəmi kimi düşüncələrimi cilovlaya bilmirəm.Bilmirəm nədən yazım.Bir çox mövzular bir  ani məqamla hələ ağ vərəqə bənzəyən beynimin bir sətrində canlanır və həmin saniyədə itir.

(далее…)

Aşiqlərin məkanı-Müqəddəs Kərbəlaya torpağı!

Июль 19, 2010 By: admin Category: "Şəms"

img1542

«Şəms»birliyinin katibi,Yazıçılar Birliyin üzvi-Xatirə Vaqif müqəddəs Kərbəla ziyarətindən qayıdıb.Bu münasibətlə onu,birliyin ustadı Hacı Ələmdar Mahir,sədri Elnarə Şəms,Dilşad Araz,Seyran İsmayılov,Əşrəf,Dadaş,Səbirə Çingiz,Hümay Mirəliyeva,Gülşən xanım və digərləri təbrik edir,bu yolu şərəflə davam etdirməyi arzu edirik!Müqəddəs Kəbə evini ziyarət etməsini arzulayırıq!

ALLAH ziyarətini qəbul eləsin,inşallah!

Yollar….İnsan ömrünə yaraşıq verən, aparan, gətirən, düşündürən,ağladan, güldürən yollar…..Kimini zirvələrə qaldıran,kimini zirvələrdən endirən,kiminə daşlı kəsəkli,kiminə hamar yollar….Beşikdən məzara qədər uzanan,insanı insanlıqdan çıxarıb ADAM olmağı öyrədən yollar….

30.06.2010-il tarixdə ömrümə daha bir şərəfli yol getmək nəsib oldu.Kərbəla yolu, İmam Hüseyn yolu….

(далее…)

Hasan Hüseyn YILDIZ-»Yâra giden yol kah Ravza’dan kah Kerbela’dan geçer»

Июль 12, 2010 By: admin Category: "Şəms", Poeziya

k_dogum_026Yâra giden yol kah Ravza’dan kah Kerbela’dan geçer,

Arif bir pay ister rızadan bin bir beladan geçer.

Akılda peşpeşe heyelan iman canadan geçer,
Miraç isteyen can dünyadan, arş u aladan geçer.

Mazi cennet mekan, rüyadan; hayat, hulyadan geçer,
Aşkın özü bilse Hüda’dan; Mecnun,Leyla’dan geçer.

Ey Dost! Sen kaldın xatıradan, hasretime sun suyu,
Nebi oğlu Hasan Hüseyin bâd-ı Kübâ’dan geçer.

Xatirə Vaqif-»Qəlbimin hər guşəsində Kərbəladan xatirə».

Июль 04, 2010 By: admin Category: "Şəms", Poeziya

P1240085Ey könül, qalmış sənə qəm bivəfadan xatirə,

Qəm də gül üzlərdə iz qoymuş  cəfadan xatirə.

Cismimin hər zərrəsində bir aləmdən var nişan,

Aləmin hər zərrəsində bir Xudadan xatirə.

Sormayın könlümdəki neylər nəvalar susmur heç,

Çünki o neylər nəvalar Ney- Nəvadan xatirə.

Çoxdan arzumdur olam zəvvarı, olsun həmdəmim,

Qəlbimin hər guşəsində Kərbəladan xatirə.

(далее…)

Seyran İsmayılov-»Gəzib meyxanələr içrə əcəb məstanələr gördüm»

Июль 04, 2010 By: admin Category: "Şəms", Poeziya

Untitled

Gəzib meyxanələr içrə əcəb məstanələr gördüm,

Baxıb məstanələr içrə əcəb mərdanələr gördüm.

Sədaqətlə binalanmış təriqi eşqə boylandım,

Həqiqətlə cilalanmış sədəf dürdanələr gördüm.

İbadətlə səfa tapsa ürəklər yol tapar həqqə,

Həqiqətlə dolan gözlər deməz əfsanələr gördüm.

Vəfa rahin tutan aşiq sarılmiş şövqilə xarə,

Tikanlardan içib nabın olan məstanələr gördüm.

(далее…)

Xatirə Vaqif-»Ölümüne darıxan qarı»

Июнь 04, 2010 By: admin Category: "Şəms", Poeziya

Məsum çöhrəsində fələyin fırçasıyla

Çəkilmiş rəsmlər…

Ürəyinin ən dərin guşəsində

Tək özünün eşidə biləcəyi sarı simlər

Səssiz –səssiz inləyirdi…

Qarı həyatını dinləyirdi…

Gözlərində aləmlərdən keçən yolların yorğunluğu,

Saçlarında ömrünün ona dəlicəsinə vurğunluğu,

Bükülmüş boynunda özünə yer edən xəcalət,

Çiyinlərində yük götürdüyü səfalət,

Hər an ürəyini sıxırdı,

Qarı ölümünə darıxırdı…

(далее…)

Vaqif Əliyev-Hacı Ələmdar Mahir – 60

Май 24, 2010 By: admin Category: "Şəms", Hacı Ələmdar Mahir

VAHID 073Mən Hacı Ələmdar Mahirlə ilk görüşümüzün nə vaxt və harada baş tutduğunu yaddaş vəfasızlığı ucbatından dəqiq söyləməkdə acizəm. Ancaq tanışlığımızın tarixçəsinə nəzər salsaq, sayğac əqrəbinin qərinə ilə ifadə olunan vaxt vahidinə yaxınlaşdığını görərik. Cəsarətlə deyə bilərəm ki, bu uzun zaman marafonunda onu ilahi eşqdə pərvanəyə, böyük sənətdə isə Səməndər quşuna bənzətmişəm. Onun ömür və sənət yolu fitri istedadla gərgin zəhmətin, sarsılmaz islami əqidə ilə dürüst düsturlu həyat tərzinin qovuşmasına parlaq nümunədir.
Nardaran ədəbi və musiqi mühitinin yetişdirməsi kimi Mahirin də yaradıcılığında muğamata münasibət nəzərə çarpır.
Qədim Şərq poeziyasında ənənə olaraq aşiq məşuqənin yolunda çəkdiyi sonsuz əzab-əziyyətlərdən dərin məmnunluq hissi duyur. Bu proses yuxarıda qeyd etdiyimiz kimi həm Allah, həm də sənət adamı olan Mahirin poetik yozumunda muğam istilahlarından istifadə olduqca təsirli səslənir: Məsələn:

(далее…)

  • Dublinə “Ədəbiyyat şəhəri” titulu verildi

    Ceyms Coysun Dublindəki heykəliUNESCO İrlandiyanın paytaxtı Dublini “Ədəbiyyat şəhəri” elan edib.

    Dünyada yalnız 4 şəhərə belə ad verilib. Bundan əvvəl Edinburq, Melburn və Ayova-siti bu titula layiq görülmüşdü.

    İrlandiyanın mədəniyyət naziri Meri Hanafin deyib ki, şəhərin bu adı almağa tam haqqı çatır.

    Belə titulun verilməsində UNESCO (BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı) şəhərdəki nəşriyyatların, kitabxanaların, kitab dükanlarının, təhsil ocaqlarının və təşkil olunan ədəbiyyat festivallarının sayını, yerli medianın ədəbiyyata nə dərəcədə diqqət ayırmasını, bir sözlə ədəbiyyatın şəhər həyatına nə dərəcədə inteqrasiya olunduğunu nəzərə alır.

    Dublin həm də 20-ci əsrin ən böyük yazıçılarından olmuş Oskar Uayld, Conatan Svift, Bernard Şou, Ceyms Coys və Samuel Beketin şəhəridir.

    İrlandiyada ümid edirlər ki, bu titul ölkə mədəniyyətinin inkişafına və Dublinə gələn turistlərin sayının artmasına kömək edəcək.

  • Cahilliklər kitabından sonra’ Necə Bilirdiniz? «Cahillikler Kitabı» nın yazarları tərəfindən hazırlanan,68 tarixi şəxsiyyətin  xüsusiyyətlərini izah edən kitab «Necə Bilirdiniz?» rəflərdəki yerini aldı.

    '
    Haqqında çox danışılan "Cahilliklər Kitabı" nın yazarlarının 68 tarixi şəxsiyyətinin  xüsusiyyətlərini anladan "Necə Bilirdiniz?" adlı kitab oxuculara təqdim edildi.

    John Lloyd və Con Mitchinson tərəfindən hazırlanan kitabda düşmüş şəxsiyyətlərdən,saxta kimliklərlə insanları dolandıranlara, dəyərləri ancaq ölümlərindən sonra anlaşılanlardan seks aludəçilərinə qədər 68 ad yer alır.

    Karl Marks, Oliver Cromwell, Florence Nightingale, Henri Ford, H. G. Wells, Çingiz xan, Benjamin Franklin, Ziqmund Freyd kitabda yer alan adlardan yalnız birneçəsidir.

    Adlardan bəzi nümunələr ...

    Marks,Kapitalı ayaqda duraraq yazmışdı.

    Çingiz xanın məzarının yerini ancaq dişi bir dəvə bilirdi.

    Leonardonun riyaziyyat və həndəsə elmlərindən biliyi çox zəif idi.

    Nikola Tesla'nın ən ciddi eşq əlaqəsi bir göyərçinləydi.

    Florence Nightingale həyatının son əlli ilini yatalak olaraq keçirdi.

    NTV

  • Harry Potter’a intihal suçlaması

    Kitapları satış rekorları kıran, filmleriyle gişede rekor hasılat elde eden Harry Potter serisinin yazarı J.K. Rowling intihalle suçlanıyor.
    LONDRA - Kitapları satış rekorları kıran, filmleri gişede rekora koşan seri Harry Potter'ın yazarı Joanne Kathleen Rowling intihal yapmakla suçlanıyor. Hakkında dava açılan tarafsa kitapları yayınlayan Scholastic Yayınevi.

    Suçlama ünlü yazarın birçok kitabında 1987'de İngiliz yazar Adrian Jacobs tarafından yazılmış Büyücü Willy'nin maceraları kitabından çalıntı yaptığı yönünde.

    İntihalin büyük kısmının, 2000 yılında yayınlanan 'Harry Potter ve Ateş Kadehi' kitabında yapıldığı, ancak diğer kitaplarda da izinsiz alıntıların yer aldığı öne sürülüyor.

    Seriden 1 milyar doları aşan servet elde eden Rowling ise gündeme geldiği tarihten itibaren suçlamaları reddetmişti. Rowling, Adrian Jacobs diye bir yazardan ya da kitabından haberdar olmadığını söylemişti.

  • ‘Cinsi kitablar’ məhkəmədə!

    Oxuyanı heyvani hisslərə sürüklemir!
    Sel Yayınçılık evinin 'Cinsi kitablar' toplusu qalmaqlala səbəb olmuş, münsiflər heyyəti kitabları'' heyvani hissləri sürükləyəcək xüsusiyyətlər''tapmışdı. İkinci münsiflər heyəti isə kitabların''ədəbi''dəyərini verdi.

    Sel Yayınçılık tərəfindən 2009-ci ildə 'Cinsi kitablar' seriası daxilində yayımlanan Mən Mila'nın "perinin Sarkacı", Guillaume Apollinaire'in "Gənc Bir Don Juan'ın Məcaraları", Fransa PV'nin yayıma hazırladığı "Görgülü və Bilgili Bir burjua qadınının məkdubları "və Xuan Manuel də Prada'nın" Kukular Kitabı "haqqında İstanbul 2. Asli Cinayət Məhkəməsində Ümumi əxlaqa Aykırı Suçlar daxilində dava açılmışdı.

    Nəşriyyat sahibi İrfan Sancı haqqında 6 aydan 3 ilə qədər həbs cəzası tələb olunan davayla əlaqədar təyin edilən ilk araşdırma heyyətinin hazırladığı hesabatda 'Kukular Kitabı' başqa''diksindirici, oxuyanı heyvani hisslerə sürükləyəcək''xüsusiyyətlərin mövcud olduğunu bildirmişdi.

    Xəbərtürk qəzetinin yaydığı məlumata görə məhkəmə, yayınevinin etirazı üzərinə, ikinci bir araşdırma heyyətinin yaradılmasına qərar verdi. Bu qərar istinadən Qalatasaray Universiteti Elmi Ədəbiyyat fakultəsinin dekanı Prof. Dr. Osman Senemoğlu, Yrd. Dos. Dr. Atilla Demircioğlu ilə Baxçeşəhər Universiteti Hüquq Fakültəsindən Dos. Dr. Əli Kamal Yıldız'dan yaradılan nümayəndə heyyəti yeni bir hesabat hazırladı və yetkinliklə kitabların''ədəbi''xüsusiyyət daşıdığını bildirib.

    'Cinsi kitablar' məhkəmədə!
    Ədebiyatta müstehcenlik olmaz
    Yeni bir növ: ailəcək Oxunacaq kitab
    Ədəbi xüsusiyyət daşıyan kitabları nümayiş cinayət təşkil etmədiyini diqqət çəkilən hesabatda''bir sənət əsərində, xüsusi və açıq tasarımların təminat altına alınması''lazım olduğu vurğulandı

  • Necip Fazil Kısakürek anılacaq!


    Daha çox siyasi və ictimai tarix, fikir və mətbuat tarixi, dil kimi sahələrdə işlər görən Türkiyə Yazarlar Birliyinin Fondu,D. Mehmet Doğan, vefatının 27. Ili ilə bağlı Ustad Nəcib Fazil Kısakürek'i anacaq.

    26 May 1904 günü Çemberlitaş'ta dünyaya gələn, 25 May 1983-də aramızdan ayrılan Nəcib Fazıl'ın həyatı, fikirləri, mübarizəsi və əsərləri türk ədəbiyyatı və Türk düşüncə dünyası adına olduqca əhəmiyyətlidir. Nəcib Fazıl'ın, 'müddət məndən və mekân mənə emanettir! 'Şüurunda bir gənclik yaradılması fikri mübarizəsinin təməlini yaradır.

  • Ələmdar Mahirin 60 illiyi Yazıçılar Birliyində qeyd edilib

    01:04 / 14.05.2010
    Ötən gün Yazıçılar Birliyində (AYB) şair Ələmdar Mahirin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin mətbuat katibi, şair Ədalət Əsgəroğlu yubilyarı Birlik adından təbrik edib.
    “Şəms” ədəbi birliyinin sədri, şairə Elnarə Şəms Ə.Mahirin yaradıcılığı ilə şəxsiyyətinin bir-birini tamamladığını qeyd edib, ünsiyyətdə olduqları müddətdə ondan çox şey öyrəndiklərini diqqətə çatdırıb.
    Ə.Mahiri “istər din və şəriət məsələlərində, istər klassik Azərbaycan poeziyası sahəsində canlı ensiklopediya” adlandıran şair və filoloq Ənvər Nəzərli yubilyarın həyat və yaradıcılığından söz açıb: “1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gələn Ələmdar inanılmaz dərəcədə iti hafizəyə və yaddaşa malikdir. Adları bir çox mütəxəssislərə belə tanış olmayan şairlərin də şeirləri onun sinə dəftərindədir. Hacı Ələmdar Mahirin yaradıcılığının əsasını ilahi və irfani şeirlər təşkil edir”. Ə.Nəzərli şairin yaradıcılığının bədii məziyyətlərindən danışaraq onun şeirlərində təkcə təsvir və təriflə kifayətlənmədiyini, oxucusunu haqq yola, halallığa, ədalətə və mübarizəyə dəvət etdiyini önə çəkib: “Şairin qəzəllərində məhəbbətin yüksək bədii tərənnümü ilə bərabər ictimai məzmunlu qəzəllər də mühüm yer tutur”.
    İlqar Fəhmi Ə.Mahirin klassik irsimizin novator davamçısı kimi qələmə aldığı qəzəllərin bədii dəyərindən söz açıb. Gənclərin həmişə onu örnək aldığını, ondan öyrəndiyini qeyd edən İ. Fəhmi ona bundan sonra da yaradıcılıq uğurları arzulayıb.
    Xalq artisti Əlibaba Məmmədov çıxışında Ə.Mahir yaradıcılığının yalnız qələm dostları və oxucular tərəfindən deyil, musiqiçilər tərəfindən də sevildiyini nəzərə çatdırıb.
    Professor Tərlan Quliyev çıxışında Ə.Mahirin klassik şeirin poetikasına dərindən bələd olduğunu söyləyib: “Hacı Ələmdar Mahir əruza dərindən bələddir. Əslində əruzu dərindən mənimsəmədən, incəliklərinə varmadan yaxşı qəzəl yazmaq mümkün deyil”. T.Quliyev Ə.Mahirin ilahi ilhamdan yaranan şeirlər yazdığını diqqətə çatdırıb.
    Əməkdar məşqçi Hicran Şərifov da Ə.Mahirin qəzəllərini klassik irsimizdə yenilikçi ruhla yazılan poeziya nümunələri adlandırıb.
    Tədbirdə çıxış edən “Şəms” ədəbi birliyinin üzvləri Xatirə Vaqif, Dilşad Araz Ə.Mahiri özlərinə ustad bildiklərini deyiblər.
    Sonda çıxış edən yubilyar yaradıcılığına diqqət göstərən qonaqlara, tədbirin təşkilatçılarına minnətdarlıq edib, yaradıcılığı haqqında fikirlərini bölüşüb.
    525-ci qəzet
    SARA

  • ÖMRÜNÜ SƏNƏTƏ BAĞLAMIŞ İNSAN

    Bakı, 13 may (AzərTAc). Mayın 13-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Şəms” ədəbi birliyinin təşəbbüsü ilə klassik Azərbaycan poeziyasının təbliğatçılarından olan şair Ələmdar Mahirin 60 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi keçirilmişdir. AYB-nin mətbuat katibinin rəhbəri, şair Ədalət Əsgəroğlu, ədəbiyyatşünas-alim, şair Ənvər Nəzərli Ə.Mahirin qəzəl yaradıcılığından danışmışlar. Ələmdar Mahir 1950-ci ildə Bakının Nardaran kəndində anadan olmuş, bu mühitin klassik poeziyaya, muğama olan həssas münasibəti onun həyatı və yaradıcılığına öz təsirini göstərmişdir. Xalq Artisti Əlibaba Məmmədov klasssik qəzəl janrına novator münasibətinə və Füzuli irsinin tədqiq olunmasında böyük əməyi olduğuna görə Ə.Mahirə təşəkkürünü bildirmiş, müasir xanəndələrin repertuarında Füzuli, Əliağa Vahidlə bərabər Ə.Mahirin də qəzəllərindən istifadə olunduğunu söyləmişdir. Yazıçı-publisist, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, şair Qəşəm Nəcəfzadə və digərləri “Səadət intizarında” qəzəllər kitabı ilə ədəbiyyatımıza gələn, 6 kitab müəllifi “Məclisi-üns” şairlər məclisinin bərpa olunub fəaliyyət göstəməsində əməyi olan Ə.Mahirə yaradıcılıq uğurları arzulamışlar. Ələmdar Mahir tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, yeni qəzəllərini oxumuşdur.
  • Şairler ve Yazarlar Kurultayı Gerçekleşdirilecek

    aruz_2010

    BTİO 1 Şairler ve Yazarlar Kurultayı 12 Mayıs 2010 da okulumuz konferans Salonunda gerçekleşdirilecekdir.Baküde yaşayan Aruz Şairlerinden bir grubun katılımı ilegerçekleşdirecek kurultaya okulumuzun şiirsever öğrencileri için bir atölye çalışması şeklinde gerçeklenmesi planlanmaqdadır.

    Dəvət alanlar:Şair-filoloq Ənvər Nəzərli,Əşrəf,Dadaş,Seyran və "Şəms"məclisinin üzvləri!

  • Spam Blocked