“Gənc işçi” qəzetinin 19 noyabr 1929-cu il sayında Əhməd Cavada qarşı məqalə!
SANDIK ƏDƏBİYYATI «BANİSİ» (http://www.azadliq.org)

Yeridir sürgünə, ya türməyə Əhməd Cavadın..
Hər şəyirdin bir ustası, hər fənnin bir yaradıcısı, hər cərəyanın bir başçısı olmamış deyildir.
Bizdə çokdan bəri kollanan “sandık ədəbiyyatı” cərəyanının «banisi” də – haqqında məqalələr yazılan Əhməd Cavad cənablarıdır.
Hazırda məktəbli gənclərimizin bir hissəsi (ədəbiyyat həvəskarları) Cavadın curuq parçalarını dillərində əzbər etmişlər. “Unudulmuş sevdalar”, “ Göy-göl”, “Leyla” gibi milli və şovinist ruhda yazılan parçalar, gənclərimiz arasında çox səmimiyyətlə qarşılanır.
Hətta musaməə verilən gecələrdə belə bu və ya başqa gənc “xanəndələrdən” birisi Cavadın heç olmasa “ Leylasını” oxumaqdan özlərini saxlaya bilmir.
Bu hələ sandık ədəbiyyatının zahiri forması (şəklidir).


UNESCO İrlandiyanın paytaxtı Dublini “Ədəbiyyat şəhəri” elan edib.
'



Bu barədə Milli.Az xəbər portalına Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Qalmaqallı Britaniya yazıçısı Salman Rüşdinin “Şeytan ayələri” romanının Azərbaycan dilinə tərcüməsinin “Unikal” qəzetində çapı dayandırıldı. Bu dəfə birdəfəlik.
