Şəms Ədəbi Məclisi

Şəms Ədəbi Məclisi
Subscribe

Archive for the ‘Poeziya’

Coşqun Cəfər-»Şairlərə qohum Allah»!

Август 04, 2010 By: admin Category: Poeziya

Daha üz qalmayıb məndə,

Gözünə dik baxım Allah.

Səndən uzaq düşüb bəndən,

Gələ bilmir yaxın Allah.

Əlin uzat əlimdən tut,

Yıxılıram qolumdan tut,

Ver mənə birazca ümid,

Şairlərə qohum Allah.

(далее…)

Tural Ağatlı-»QAR»

Июль 28, 2010 By: admin Category: Poeziya

Tur3Suvarır hər yanı ağappaq dəniz

Yerin ürəyini sərnidən kimi.

Necə də od tutub köksüm bilsəniz,

Söndürün eşqindən yanan qəlbimi.

Baz onda sevgim də, odum da artar,

Siz ey ulduzlardan qopan ulduzlar.
(далее…)

Dilşad Araz-»Yoluna göz dikən eşq əhlinin imdadına yet»

Июль 27, 2010 By: admin Category: "Şəms", Poeziya, Əhli-beyt

DSC01052Nə zamandır çəkirəm həsrətini cananın,

Könlümün mülkünə o candan əziz sultanın.

Tazə güllər açıb,ey sərvqədim,gülşəndə,

Mənə sənsiz nə gərək ətri gülün,reyhanın.

Gəl çıx,ey sərv-rəvan,canımı yandırdı fəraq,

Söndürüm vəslin ilə atəşini hicranın.

Tazə ay tək bulud ardından əgər çıxsan,inan,

Bir canım var,onu da eyləyərəm qurbanın.

(далее…)

Niyam-»Gələsən»

Июль 27, 2010 By: admin Category: Poeziya, Əhli-beyt

Kaş verə izni zühur Xaliqi-Sübhan gələsən,

Edəsən aləmi nurunla çıraqban , gələsən.

Qədəmin bəxş edəcəkdir quru səhraya həyat,
Həmi pəjmürdə təbiət tapacaq can, gələsən.

Vaxt ötür, gözləməyə yoxdu lüzum şəvval ayın,
Gəl edək birgə obaşdan bu rəməzan , gələsən.

Tükənib səbrü qərar, tabü təvan, Sən yoxsan,
Axı, həsrət uzanar bəs haçanaycan, gələsən.

(далее…)

Xatirə Vaqif-»Mehdi Sahibəzzaman(ə.s) mövlüdi»

Июль 27, 2010 By: admin Category: "Şəms", Poeziya, Əhli-beyt

img1542Kim ki, məhşər gününə qəlbdə iman aparır,
Elə bilsin ki ,bütün dərdinə dərman aparır.

Qəlbi irfanla dolanlardadı rəbbin işığı,
Bunu yalnız bacarıb əsli müsəlman aparır.

Ya imam, həsrətin ilə bir ömür yol gəldim,
Başa düşdüm ki ,məni vəslinə hicran aparır.

Gecəni açmışam hər sübh azan sotilə
Ruhumu sanki alıb ayeyi Quran aparır.

Hara getdim, hara baxdım, səni axtardı gözüm,
Bu nə cür cazibədir ağlımı başdan aparır.

(далее…)

Əşrəf-»Bizlik deyil»!

Июль 23, 2010 By: admin Category: Poeziya

P1240155Vəsl dərdin çək,könül,dünya ki var,bizlik deyil,

Çün bu dünya içrə çox məna ki,var,bizlik deyil.

Bir gülün eşqində əfqan eylərik,bülbül kimi,

Bağ içində hər güli-rəna ki, var,bizlik deyil.

Dərd əlindən qaçmadıq səhralərə,tab eylədik,

Məcnun adlı aşiqi-rüsva ki, var,bizlik deyil.

Biz ki,hicri-yar ilə bidarıq,ey dil,hər gecə,

Bəxtəvər aşiq görən röya ki, var,bizlik deyil.

(далее…)

Hasan Hüseyn YILDIZ-»Yâra giden yol kah Ravza’dan kah Kerbela’dan geçer»

Июль 12, 2010 By: admin Category: "Şəms", Poeziya

k_dogum_026Yâra giden yol kah Ravza’dan kah Kerbela’dan geçer,

Arif bir pay ister rızadan bin bir beladan geçer.

Akılda peşpeşe heyelan iman canadan geçer,
Miraç isteyen can dünyadan, arş u aladan geçer.

Mazi cennet mekan, rüyadan; hayat, hulyadan geçer,
Aşkın özü bilse Hüda’dan; Mecnun,Leyla’dan geçer.

Ey Dost! Sen kaldın xatıradan, hasretime sun suyu,
Nebi oğlu Hasan Hüseyin bâd-ı Kübâ’dan geçer.

Faiq Hüseynbəyli-»AĞ SÖZ»

Июль 04, 2010 By: admin Category: Poeziya

Deyəsən lap ağ elədim,

Həddindən çox ağdı bu söz.

Ürəyimə dağ elədim,

Gör nə uca dağdı bu söz.

Nəyim varsa, elə budur,

Dərya kimi adam udur.

Oddur, havadır, sudur,

Bir qara torpaqdı bu söz.

Əvvəli var, sonu yoxdur,

Arxasında fonu yoxdur.

Geyinəsi donu yoxdur,

Əzəldən çılpaqdı bu söz.

(далее…)

Xatirə Vaqif-»Qəlbimin hər guşəsində Kərbəladan xatirə».

Июль 04, 2010 By: admin Category: "Şəms", Poeziya

P1240085Ey könül, qalmış sənə qəm bivəfadan xatirə,

Qəm də gül üzlərdə iz qoymuş  cəfadan xatirə.

Cismimin hər zərrəsində bir aləmdən var nişan,

Aləmin hər zərrəsində bir Xudadan xatirə.

Sormayın könlümdəki neylər nəvalar susmur heç,

Çünki o neylər nəvalar Ney- Nəvadan xatirə.

Çoxdan arzumdur olam zəvvarı, olsun həmdəmim,

Qəlbimin hər guşəsində Kərbəladan xatirə.

(далее…)

Seyran İsmayılov-»Gəzib meyxanələr içrə əcəb məstanələr gördüm»

Июль 04, 2010 By: admin Category: "Şəms", Poeziya

Untitled

Gəzib meyxanələr içrə əcəb məstanələr gördüm,

Baxıb məstanələr içrə əcəb mərdanələr gördüm.

Sədaqətlə binalanmış təriqi eşqə boylandım,

Həqiqətlə cilalanmış sədəf dürdanələr gördüm.

İbadətlə səfa tapsa ürəklər yol tapar həqqə,

Həqiqətlə dolan gözlər deməz əfsanələr gördüm.

Vəfa rahin tutan aşiq sarılmiş şövqilə xarə,

Tikanlardan içib nabın olan məstanələr gördüm.

(далее…)

Tural Ağatlı-»MƏHƏBBƏT QƏSRİ»

Июнь 17, 2010 By: admin Category: Poeziya

Tur3

Gündüz Günəş, gecələr Ay daima

Nurunu başından tökə-tökdədir.

Bir qələm götürüb hər ulduz ələ,

Şəklini göylərə çəkə-çəkdədir.

Nazlanıb dünyaya sığmayır cilvən

Bir göyə min cürə çəkiləndə sən.

Mələklər padşahı doğulan gündən

Qəlbində məhəbbət əkə-əkdədir.

Camalın yaranıb dürr parçasından,

Yoğrulub xəmirin sirr parçasından,

Bir sədəf dişinin bir parçasından

Sevgilin qəsrini tikə-tikdədir.

(далее…)

Xatirə Vaqif-»Ölümüne darıxan qarı»

Июнь 04, 2010 By: admin Category: "Şəms", Poeziya

Məsum çöhrəsində fələyin fırçasıyla

Çəkilmiş rəsmlər…

Ürəyinin ən dərin guşəsində

Tək özünün eşidə biləcəyi sarı simlər

Səssiz –səssiz inləyirdi…

Qarı həyatını dinləyirdi…

Gözlərində aləmlərdən keçən yolların yorğunluğu,

Saçlarında ömrünün ona dəlicəsinə vurğunluğu,

Bükülmüş boynunda özünə yer edən xəcalət,

Çiyinlərində yük götürdüyü səfalət,

Hər an ürəyini sıxırdı,

Qarı ölümünə darıxırdı…

(далее…)

Ramazan YAŞAR-»Üstad ve Ben»

Май 26, 2010 By: admin Category: Poeziya, Türk şairləri

images kitabO demdeki perdeler kalkar, perdeler iner,
Azraile ‘hoşgeldin’ diyebilmekte hüner’……

NECİP FAZIL KISAKÜREK

Felek çark eyledikçe gel de tahammül eyle
Üstad ben bu dert ile nasıl yaşarım söyle…

Nokta nokta bir efkar alın çizgilerinde
Sende bir ışık gördüm gözlerinin içinde.

Ardımda hassasiyet önüm yakıcı hayal..
Nerde çilekeş tecrit? Nerde arzuyla melal?

Ne diyordu Reis Bey: ‘Kuşatmalı merhamet’
Bu onurlu millete Allah’ım sen yardım et.

Doğsun yine külünden doğudan bir semender
Gel taşı gediğine koyalım hep beraber…

Duygular tutuşunca gözüm yaşı çağlasın
Kirpiklerim seyretsin gözbebeğim ağlasın…
(далее…)

Qəşəm Nəcəfzadə-»Qarabağ şikəstəsi»

Май 24, 2010 By: admin Category: Poeziya

qeshem_azerBakı şəhərində

Yazıçılar Birliyində

vətənimin yanında

vətənimin önündə

ayə, ölürəm mən.

Özü də yaman ölürəm

Sevgili canan ölürəm

əzizinəm restoran şuşa

qayası sementlə qayrılan şuşa

sementin köhnəymiş nəymiş

daşından bir parça qırılan şuşa

adın yazılan yerə  şuşa deməzlər

havan olan yerə şuşa deyərlər

ayə, ölürəm mən,

dağda duman  ölürəm

qardaş yaman ölürəm

(далее…)

Tural Ağatlı-»Gecələr»

Май 23, 2010 By: admin Category: Poeziya

geceGizli dostum, təbəssümüm riyadır,
Nə çəkirəm məndən soruş gecələr.
Aman Tanrım, bu hicranla, bu dərdlə
Gətirirəm hələ duruş gecələr.

Eşq anlamaz nə cəhənnəm, nə cənnət,
Yoxsa məşuq, şad ömrümə min lənət.
Dilənirəm ürəyimdə məhəbbət,
Əllərimdə qəpik-quruş gecələr.

Dərdim olmaz, yara bağban seçilsəm,
Dilbərimin vücuduna biçilsəm.
Hər ahımda zərrə-zərrə kiçilsəm,
Böyüyərəm qarış-qarış gecələr.

Canan gəldi, bizə mehman olmadı,
Həsrət çəkən ürəyimdə qalmadı.
Can apardım sahibinə, almadı,
Ağlayırdı üzdə qırış gecələr.

(далее…)

  • Dublinə “Ədəbiyyat şəhəri” titulu verildi

    Ceyms Coysun Dublindəki heykəliUNESCO İrlandiyanın paytaxtı Dublini “Ədəbiyyat şəhəri” elan edib.

    Dünyada yalnız 4 şəhərə belə ad verilib. Bundan əvvəl Edinburq, Melburn və Ayova-siti bu titula layiq görülmüşdü.

    İrlandiyanın mədəniyyət naziri Meri Hanafin deyib ki, şəhərin bu adı almağa tam haqqı çatır.

    Belə titulun verilməsində UNESCO (BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı) şəhərdəki nəşriyyatların, kitabxanaların, kitab dükanlarının, təhsil ocaqlarının və təşkil olunan ədəbiyyat festivallarının sayını, yerli medianın ədəbiyyata nə dərəcədə diqqət ayırmasını, bir sözlə ədəbiyyatın şəhər həyatına nə dərəcədə inteqrasiya olunduğunu nəzərə alır.

    Dublin həm də 20-ci əsrin ən böyük yazıçılarından olmuş Oskar Uayld, Conatan Svift, Bernard Şou, Ceyms Coys və Samuel Beketin şəhəridir.

    İrlandiyada ümid edirlər ki, bu titul ölkə mədəniyyətinin inkişafına və Dublinə gələn turistlərin sayının artmasına kömək edəcək.

  • Cahilliklər kitabından sonra’ Necə Bilirdiniz? «Cahillikler Kitabı» nın yazarları tərəfindən hazırlanan,68 tarixi şəxsiyyətin  xüsusiyyətlərini izah edən kitab «Necə Bilirdiniz?» rəflərdəki yerini aldı.

    '
    Haqqında çox danışılan "Cahilliklər Kitabı" nın yazarlarının 68 tarixi şəxsiyyətinin  xüsusiyyətlərini anladan "Necə Bilirdiniz?" adlı kitab oxuculara təqdim edildi.

    John Lloyd və Con Mitchinson tərəfindən hazırlanan kitabda düşmüş şəxsiyyətlərdən,saxta kimliklərlə insanları dolandıranlara, dəyərləri ancaq ölümlərindən sonra anlaşılanlardan seks aludəçilərinə qədər 68 ad yer alır.

    Karl Marks, Oliver Cromwell, Florence Nightingale, Henri Ford, H. G. Wells, Çingiz xan, Benjamin Franklin, Ziqmund Freyd kitabda yer alan adlardan yalnız birneçəsidir.

    Adlardan bəzi nümunələr ...

    Marks,Kapitalı ayaqda duraraq yazmışdı.

    Çingiz xanın məzarının yerini ancaq dişi bir dəvə bilirdi.

    Leonardonun riyaziyyat və həndəsə elmlərindən biliyi çox zəif idi.

    Nikola Tesla'nın ən ciddi eşq əlaqəsi bir göyərçinləydi.

    Florence Nightingale həyatının son əlli ilini yatalak olaraq keçirdi.

    NTV

  • Harry Potter’a intihal suçlaması

    Kitapları satış rekorları kıran, filmleriyle gişede rekor hasılat elde eden Harry Potter serisinin yazarı J.K. Rowling intihalle suçlanıyor.
    LONDRA - Kitapları satış rekorları kıran, filmleri gişede rekora koşan seri Harry Potter'ın yazarı Joanne Kathleen Rowling intihal yapmakla suçlanıyor. Hakkında dava açılan tarafsa kitapları yayınlayan Scholastic Yayınevi.

    Suçlama ünlü yazarın birçok kitabında 1987'de İngiliz yazar Adrian Jacobs tarafından yazılmış Büyücü Willy'nin maceraları kitabından çalıntı yaptığı yönünde.

    İntihalin büyük kısmının, 2000 yılında yayınlanan 'Harry Potter ve Ateş Kadehi' kitabında yapıldığı, ancak diğer kitaplarda da izinsiz alıntıların yer aldığı öne sürülüyor.

    Seriden 1 milyar doları aşan servet elde eden Rowling ise gündeme geldiği tarihten itibaren suçlamaları reddetmişti. Rowling, Adrian Jacobs diye bir yazardan ya da kitabından haberdar olmadığını söylemişti.

  • ‘Cinsi kitablar’ məhkəmədə!

    Oxuyanı heyvani hisslərə sürüklemir!
    Sel Yayınçılık evinin 'Cinsi kitablar' toplusu qalmaqlala səbəb olmuş, münsiflər heyyəti kitabları'' heyvani hissləri sürükləyəcək xüsusiyyətlər''tapmışdı. İkinci münsiflər heyəti isə kitabların''ədəbi''dəyərini verdi.

    Sel Yayınçılık tərəfindən 2009-ci ildə 'Cinsi kitablar' seriası daxilində yayımlanan Mən Mila'nın "perinin Sarkacı", Guillaume Apollinaire'in "Gənc Bir Don Juan'ın Məcaraları", Fransa PV'nin yayıma hazırladığı "Görgülü və Bilgili Bir burjua qadınının məkdubları "və Xuan Manuel də Prada'nın" Kukular Kitabı "haqqında İstanbul 2. Asli Cinayət Məhkəməsində Ümumi əxlaqa Aykırı Suçlar daxilində dava açılmışdı.

    Nəşriyyat sahibi İrfan Sancı haqqında 6 aydan 3 ilə qədər həbs cəzası tələb olunan davayla əlaqədar təyin edilən ilk araşdırma heyyətinin hazırladığı hesabatda 'Kukular Kitabı' başqa''diksindirici, oxuyanı heyvani hisslerə sürükləyəcək''xüsusiyyətlərin mövcud olduğunu bildirmişdi.

    Xəbərtürk qəzetinin yaydığı məlumata görə məhkəmə, yayınevinin etirazı üzərinə, ikinci bir araşdırma heyyətinin yaradılmasına qərar verdi. Bu qərar istinadən Qalatasaray Universiteti Elmi Ədəbiyyat fakultəsinin dekanı Prof. Dr. Osman Senemoğlu, Yrd. Dos. Dr. Atilla Demircioğlu ilə Baxçeşəhər Universiteti Hüquq Fakültəsindən Dos. Dr. Əli Kamal Yıldız'dan yaradılan nümayəndə heyyəti yeni bir hesabat hazırladı və yetkinliklə kitabların''ədəbi''xüsusiyyət daşıdığını bildirib.

    'Cinsi kitablar' məhkəmədə!
    Ədebiyatta müstehcenlik olmaz
    Yeni bir növ: ailəcək Oxunacaq kitab
    Ədəbi xüsusiyyət daşıyan kitabları nümayiş cinayət təşkil etmədiyini diqqət çəkilən hesabatda''bir sənət əsərində, xüsusi və açıq tasarımların təminat altına alınması''lazım olduğu vurğulandı

  • Necip Fazil Kısakürek anılacaq!


    Daha çox siyasi və ictimai tarix, fikir və mətbuat tarixi, dil kimi sahələrdə işlər görən Türkiyə Yazarlar Birliyinin Fondu,D. Mehmet Doğan, vefatının 27. Ili ilə bağlı Ustad Nəcib Fazil Kısakürek'i anacaq.

    26 May 1904 günü Çemberlitaş'ta dünyaya gələn, 25 May 1983-də aramızdan ayrılan Nəcib Fazıl'ın həyatı, fikirləri, mübarizəsi və əsərləri türk ədəbiyyatı və Türk düşüncə dünyası adına olduqca əhəmiyyətlidir. Nəcib Fazıl'ın, 'müddət məndən və mekân mənə emanettir! 'Şüurunda bir gənclik yaradılması fikri mübarizəsinin təməlini yaradır.

  • Ələmdar Mahirin 60 illiyi Yazıçılar Birliyində qeyd edilib

    01:04 / 14.05.2010
    Ötən gün Yazıçılar Birliyində (AYB) şair Ələmdar Mahirin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin mətbuat katibi, şair Ədalət Əsgəroğlu yubilyarı Birlik adından təbrik edib.
    “Şəms” ədəbi birliyinin sədri, şairə Elnarə Şəms Ə.Mahirin yaradıcılığı ilə şəxsiyyətinin bir-birini tamamladığını qeyd edib, ünsiyyətdə olduqları müddətdə ondan çox şey öyrəndiklərini diqqətə çatdırıb.
    Ə.Mahiri “istər din və şəriət məsələlərində, istər klassik Azərbaycan poeziyası sahəsində canlı ensiklopediya” adlandıran şair və filoloq Ənvər Nəzərli yubilyarın həyat və yaradıcılığından söz açıb: “1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gələn Ələmdar inanılmaz dərəcədə iti hafizəyə və yaddaşa malikdir. Adları bir çox mütəxəssislərə belə tanış olmayan şairlərin də şeirləri onun sinə dəftərindədir. Hacı Ələmdar Mahirin yaradıcılığının əsasını ilahi və irfani şeirlər təşkil edir”. Ə.Nəzərli şairin yaradıcılığının bədii məziyyətlərindən danışaraq onun şeirlərində təkcə təsvir və təriflə kifayətlənmədiyini, oxucusunu haqq yola, halallığa, ədalətə və mübarizəyə dəvət etdiyini önə çəkib: “Şairin qəzəllərində məhəbbətin yüksək bədii tərənnümü ilə bərabər ictimai məzmunlu qəzəllər də mühüm yer tutur”.
    İlqar Fəhmi Ə.Mahirin klassik irsimizin novator davamçısı kimi qələmə aldığı qəzəllərin bədii dəyərindən söz açıb. Gənclərin həmişə onu örnək aldığını, ondan öyrəndiyini qeyd edən İ. Fəhmi ona bundan sonra da yaradıcılıq uğurları arzulayıb.
    Xalq artisti Əlibaba Məmmədov çıxışında Ə.Mahir yaradıcılığının yalnız qələm dostları və oxucular tərəfindən deyil, musiqiçilər tərəfindən də sevildiyini nəzərə çatdırıb.
    Professor Tərlan Quliyev çıxışında Ə.Mahirin klassik şeirin poetikasına dərindən bələd olduğunu söyləyib: “Hacı Ələmdar Mahir əruza dərindən bələddir. Əslində əruzu dərindən mənimsəmədən, incəliklərinə varmadan yaxşı qəzəl yazmaq mümkün deyil”. T.Quliyev Ə.Mahirin ilahi ilhamdan yaranan şeirlər yazdığını diqqətə çatdırıb.
    Əməkdar məşqçi Hicran Şərifov da Ə.Mahirin qəzəllərini klassik irsimizdə yenilikçi ruhla yazılan poeziya nümunələri adlandırıb.
    Tədbirdə çıxış edən “Şəms” ədəbi birliyinin üzvləri Xatirə Vaqif, Dilşad Araz Ə.Mahiri özlərinə ustad bildiklərini deyiblər.
    Sonda çıxış edən yubilyar yaradıcılığına diqqət göstərən qonaqlara, tədbirin təşkilatçılarına minnətdarlıq edib, yaradıcılığı haqqında fikirlərini bölüşüb.
    525-ci qəzet
    SARA

  • ÖMRÜNÜ SƏNƏTƏ BAĞLAMIŞ İNSAN

    Bakı, 13 may (AzərTAc). Mayın 13-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Şəms” ədəbi birliyinin təşəbbüsü ilə klassik Azərbaycan poeziyasının təbliğatçılarından olan şair Ələmdar Mahirin 60 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi keçirilmişdir. AYB-nin mətbuat katibinin rəhbəri, şair Ədalət Əsgəroğlu, ədəbiyyatşünas-alim, şair Ənvər Nəzərli Ə.Mahirin qəzəl yaradıcılığından danışmışlar. Ələmdar Mahir 1950-ci ildə Bakının Nardaran kəndində anadan olmuş, bu mühitin klassik poeziyaya, muğama olan həssas münasibəti onun həyatı və yaradıcılığına öz təsirini göstərmişdir. Xalq Artisti Əlibaba Məmmədov klasssik qəzəl janrına novator münasibətinə və Füzuli irsinin tədqiq olunmasında böyük əməyi olduğuna görə Ə.Mahirə təşəkkürünü bildirmiş, müasir xanəndələrin repertuarında Füzuli, Əliağa Vahidlə bərabər Ə.Mahirin də qəzəllərindən istifadə olunduğunu söyləmişdir. Yazıçı-publisist, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, şair Qəşəm Nəcəfzadə və digərləri “Səadət intizarında” qəzəllər kitabı ilə ədəbiyyatımıza gələn, 6 kitab müəllifi “Məclisi-üns” şairlər məclisinin bərpa olunub fəaliyyət göstəməsində əməyi olan Ə.Mahirə yaradıcılıq uğurları arzulamışlar. Ələmdar Mahir tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, yeni qəzəllərini oxumuşdur.
  • Şairler ve Yazarlar Kurultayı Gerçekleşdirilecek

    aruz_2010

    BTİO 1 Şairler ve Yazarlar Kurultayı 12 Mayıs 2010 da okulumuz konferans Salonunda gerçekleşdirilecekdir.Baküde yaşayan Aruz Şairlerinden bir grubun katılımı ilegerçekleşdirecek kurultaya okulumuzun şiirsever öğrencileri için bir atölye çalışması şeklinde gerçeklenmesi planlanmaqdadır.

    Dəvət alanlar:Şair-filoloq Ənvər Nəzərli,Əşrəf,Dadaş,Seyran və "Şəms"məclisinin üzvləri!

  • Spam Blocked