Şəms Ədəbi Məclisi

Şəms Ədəbi Məclisi
Subscribe

Archive for the ‘Nəsr’

AYXAN _____-»PİLLƏKƏNDƏ SEVGİ»

Июль 28, 2010 By: admin Category: Nəsr

Məcid Həsənliyə

Həmişəki kimi dərsə gecikmişdi. Bu onun adəti idi, məktəb vaxtları da birinci saatı ötürərdi.

Qapının ağzında durmuşdu. Amma girməyə cürət eləmirdi.

Pilləkənlərin yuxarısından bir qız əyilib ona baxanda tez qapının yanından aralandı, qaçıb pilləkənlərin yuxarısına nəzər saldı. Orda kimsə yoxdu, səsizlik hökm sürürdü. Öz-özünə fikirləşdi: “Görən o qız kim idi?”

Bunu düşünəndə artıq qapını açmışdı. İçəridəkilərin onu aydan gəlmiş adam kimi süzmələrinə, müəllimin tənəli sözlərinə alışıq idi. Ona görə də heç kimi vecinə almadı. Keçib yerində oturana qədər müəllim eləcə donqullandı. Hələ deyəsən uşaqlardan biri fürsətdən istifadə edib ortaya bir zarafat atdı, qızlar dişlərini ağartdı.

O, tənələri, zarafatları eşidirdi, amma eyninə almırdı, bir qulağından alıb, o biri qulağından ötürürdü. Oturan kimi mobil telefonunu açdı, həmişəki kimi çata girib qızlarla yazışmağa başladı.

(далее…)

Orxan Əliyev-»Iki cənnət arasindakı bir günah»

Июль 28, 2010 By: admin Category: Nəsr

Hər gün günəş işıqlarını şəfəqin müəmma könlündən salarkən illərdir tək dəyişməz arzum buludların göydən damla-damla yağışlarını endirməsi idi. Mənim üçün hər yerə düşən yağış damcısının səsi həyatda əvəz olunmamasının səbəbi, buluddan düşən hər damcıda bir mələk yerə enərmiş. Yağışlı havalara insanların çoxunun mövqeyi qarşıdır, coxu yağışı sevməz, şikayət edər. Amma mən onların acığına pəncərimi ardına kimi açib əllərimi uzadib yağışın damcılarını əlimlə tutardım, sanki hər damla da mənim üçün bir mələk göndərilirdi. Yağış yağarkən havaya qalxan torpağın qoxusundan həzz alarkən bəzən də özümə görə gözumdən yaş axidaraq bəlkə mən də bir mələk göndərdim dəyə səvinərdim.

Həm də yağış yağarkən insanın bütün xeyirli duaları qəbul olunurmuş.Bir gün yağış yağarkən mələk kimi gözəl bir sevgilimin olmasını arzu ettim.Biraz keçdikdən sonra duamın qəbul olmadığını zənn edərək yağışı göndərənə küsdüm.Səbrsizlik məni elə utandırdi ki, Yaradana şükür etməyə də üzüm gəlmədi.Duam qəbul olunmuş sanki hər yagis damlasında göndərilən mələklərdən biri mənim üçün gəlmişdi.

(далее…)

Hikmət Carçılı-»Bu gün səhər»

Июнь 09, 2010 By: admin Category: Nəsr

Səhər tezdən durub evdən çıxdım. Hər günkü səhərdən fərqlənirdi, bu günkü səhər. Hiss etdim ki,nəsə qeyri-adi bir hadisə baş verəcək. Ürəyimdə isti bir gizilti var idi. Yağan yağış damlalarının həzin nəğməsi adamın ağlını başından çıxarırdı. Uzun zamandı heç belə nəğməyə qulaq verməmişdim. Yolla avtobus dayanacağına getdiyimdə ayaq izlərinə düşüb arxamca gələn sular necə də inadkar idi. Heç mənim arxamla getməkdən yorulub arınmırdı, mənimlə ta avtobus dayanacağına qədər getdi o yağış suları. Dayanacağa çatanda mağazaçı Güllər xala dedi ki, bala bir az tez niyə gəlmirdin, indicə keçdi. Kəndimizin “ayaq” tərəfindən “daş yol” keçir, daha doğrusu İpək yolu, ora sarı addımladım. Yolun yarısında avtobus gəldi mindim.

(далее…)

Kəramət Böyükçöl-»Mən demişkən… «

Март 11, 2010 By: admin Category: Nəsr

22999_100000040976716_4206_qBax, bunu mən deyirəm: Dünya dərdinin, insan qəminin adı Vaqif Bayatlı Odərdir. Vaqifdən danışanda yadıma şeir düşür. Şeir demişkən…
Şeir için ağrısıdır.
Bu gözəlim həyatda nə varsa mütləq onun o biri üzü də var. Bəlkə elə şeir nəyisə bu üzündən o üzünə çevirməkdi. Ağacı quş üzünə çevirmək, adamı it üzünə çevirmək, yağışı qadın üzünə çevirmək, küləyi kişi üzünə çevirməkdi şeir, poeziya, ədəbiyyat… Mənə elə gəlir ki, şeir adamı adama köçürməkdi. Adamı adama, quşu adama, adamı quşa, adamı küləyə, qadını yağışa, adamı divara toxundurmaqdı şeir. Nəyinsə mənasını dəyişməkdi, məsələn uzaqlığın, yaxınlığın, tozun, kəndin, şəhərin ağacın, yağışın, küləyin, adamın mənasını dəyişməkdi şeir… Nəyəsə ad qoymaqdı: əşyalara, səslərə, rənglərə… Və ya nəyinsə adın dəyişməkdi: suyun, işığın, yarpağın…

(далее…)

Hacı Ələmdar Mahir-»Mənim tanıdığım Füzuli»

Февраль 09, 2010 By: admin Category: "Şəms", Hacı Ələmdar Mahir, Nəsr

09022010634Qeyd etdiyimiz kimi bu günlərdə Azərbaycan oxucularına adı,təxəllüsü kifayət qədər tanış olan,»Şəms»məclisinin ustadı,füzulişunas,ustad şair-tədqiqatçı Hacı Ələmdar Mahirin ardıçıllıqla bir neçə kitabı işıq üzü görüb.
«Mənim tanıdığım Füzuli»,»Söz və muğam beşiyi-Nardaran»,»Külliyat»,»Biz onu belə tanımışıq»adlı kitabları çapdan çıxıb.

Ümid edirik ki,dövrümüzün canlı klassiklərindən biri olan Ələmdar Mahirin bütün kitablarını oxuyacaqsınız.Onun, «Mənim tanıdığım Füzuli»adlı kitabındakı yazılarını saytımızda işıqlandıracıq.Hacı Ələmdar  Füzuli yaradıcılığına özünəməxsus şəkildə yanaşmış,onun çətin anlaşılan qəzəllərinin çox aydın və düzgün şərhini vermiş,xüsusən,»leyli və Məcnun»əsərinin üzərində ətraflı sürətdə araşdırma aparmışdır . Əziz oxucular bu gün sizi ilk olaraq Ələmdar Mahirlə qısa bir şəkildə tanış edək. 

(далее…)

Mirağayeva Humay -»Gözlər»

Февраль 09, 2010 By: admin Category: "Şəms", Nəsr

P1240186Gözlərinizi yummayın…Qoyun  bu gözlərinizdəki şəfəq yayılsın ən kiçik zərrəciklərdən böyük ənginliklərə kimi. Gözlərinizi yumduğunuzda sizin iç dünyanızın öyrənilməsinə aparan yolun sanki qapısı bağlanır bizlər üçün.Baxmayan gözlərinizdəki dünya ölür, yaşam eşqi bitir bir anlıq sanki.

Axı gözləriniz sizin bilicinizdir,anladıcınızdır.Anladır bəzən qəlbinizdəki nisgili, acını,anladır bəzən ən mühüm bir olaydannecə şadlandığınızı.Bəzən yağışlı günlərdə pəncərənizin şüşəsinə düşən hər damcını,bəzənsə ağacın yarpaqlarınıasta-asta sığallayan küləyin bərkidikcə yoldan keçənləri saçlarını pərişan hala salmağını görəbilmək üçün yummayın gözlərinizi.

(далее…)

Habil Yaşar-»Ölüm (əcəl zəngi)»esse!

Январь 30, 2010 By: admin Category: Nəsr

Untitled hÖlüm… hər bir şeyin süquta uğrayacağı bir proses, fanilikdən əbədiliyə qovuşmanın başlanğıç nöqtəsi. O nöqtə ki, hər bir canlının taleyinə yazılan və pozulması qeyri-mümkün olan bir nöqtə. Yaradılmışların hər biri elə yarandığı dövrdən etibarən ona doğru gedir, yolun o biri tərəfində ölüm gözləyir hər kəsi. Ondan qurtulmaq mümkün olmadığı kimi, onun haqqında düşünməmək belə mümkün deyildir. Elə bir canlı, hər hansı bir fərd tapa bilməzsən ki, ölümün varlığını bilə-bilə onun haqqında bir anlıq belə fikirləşməsin, düşünməsin “ölüm” adlı bir sonluğun mövcudluğunu.

 Axı necə, necə ola bilir ki, insan oğlu bu qara qüvvənin varlığını dərk edə-edə ona biganə qalır, onu bir ömür boyu iztiraba döndərib özünə əzab vermir, istər az, istər çox, istər kədərli, istər sevincli yaşamaq istəyir, ancaq yaşamaq.

(далее…)

Nicat Qafuroğlu-»Vampirlə 46 dəqiqə söhbət»

Январь 11, 2010 By: admin Category: Nəsr

DSC00172qafuroglu@mail.ru

Bilirəm, inanmayacaqsız. Əslində sizi inandırmağa cəhd də etmirəm. Yazını ortaya çıxarmamışdan əvvəl bu barədə çox fikirləşdim. Nə edim ki, sizi bu yazımın fantastik əsər olmadığına, heç bir bədii üslubdan istifadə olunmadığına, ümumiyyətlə burada insanların bilmədiyi informasiyaların mövcudluğuna inandırım. Adətən, insanlar bir-birini inandırmaq üçün and içirlər. Bu ən əlacsız məqamlarda edilir. Əslində mən də indi əlacsızam. Amma dəqiq bilirəm ki, əgər bu yazımdakı hadisənin həqiqətən, öz başıma gəldiyinə and içsəm, daha da yalançı görkəminə düşəcəyəm. Mənim nəyimə lazımdır, axı bir yazıya görə, oxucunun gözündə yalançı kimi tanınam.

(далее…)

  • Dublinə “Ədəbiyyat şəhəri” titulu verildi

    Ceyms Coysun Dublindəki heykəliUNESCO İrlandiyanın paytaxtı Dublini “Ədəbiyyat şəhəri” elan edib.

    Dünyada yalnız 4 şəhərə belə ad verilib. Bundan əvvəl Edinburq, Melburn və Ayova-siti bu titula layiq görülmüşdü.

    İrlandiyanın mədəniyyət naziri Meri Hanafin deyib ki, şəhərin bu adı almağa tam haqqı çatır.

    Belə titulun verilməsində UNESCO (BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı) şəhərdəki nəşriyyatların, kitabxanaların, kitab dükanlarının, təhsil ocaqlarının və təşkil olunan ədəbiyyat festivallarının sayını, yerli medianın ədəbiyyata nə dərəcədə diqqət ayırmasını, bir sözlə ədəbiyyatın şəhər həyatına nə dərəcədə inteqrasiya olunduğunu nəzərə alır.

    Dublin həm də 20-ci əsrin ən böyük yazıçılarından olmuş Oskar Uayld, Conatan Svift, Bernard Şou, Ceyms Coys və Samuel Beketin şəhəridir.

    İrlandiyada ümid edirlər ki, bu titul ölkə mədəniyyətinin inkişafına və Dublinə gələn turistlərin sayının artmasına kömək edəcək.

  • Cahilliklər kitabından sonra’ Necə Bilirdiniz? «Cahillikler Kitabı» nın yazarları tərəfindən hazırlanan,68 tarixi şəxsiyyətin  xüsusiyyətlərini izah edən kitab «Necə Bilirdiniz?» rəflərdəki yerini aldı.

    '
    Haqqında çox danışılan "Cahilliklər Kitabı" nın yazarlarının 68 tarixi şəxsiyyətinin  xüsusiyyətlərini anladan "Necə Bilirdiniz?" adlı kitab oxuculara təqdim edildi.

    John Lloyd və Con Mitchinson tərəfindən hazırlanan kitabda düşmüş şəxsiyyətlərdən,saxta kimliklərlə insanları dolandıranlara, dəyərləri ancaq ölümlərindən sonra anlaşılanlardan seks aludəçilərinə qədər 68 ad yer alır.

    Karl Marks, Oliver Cromwell, Florence Nightingale, Henri Ford, H. G. Wells, Çingiz xan, Benjamin Franklin, Ziqmund Freyd kitabda yer alan adlardan yalnız birneçəsidir.

    Adlardan bəzi nümunələr ...

    Marks,Kapitalı ayaqda duraraq yazmışdı.

    Çingiz xanın məzarının yerini ancaq dişi bir dəvə bilirdi.

    Leonardonun riyaziyyat və həndəsə elmlərindən biliyi çox zəif idi.

    Nikola Tesla'nın ən ciddi eşq əlaqəsi bir göyərçinləydi.

    Florence Nightingale həyatının son əlli ilini yatalak olaraq keçirdi.

    NTV

  • Harry Potter’a intihal suçlaması

    Kitapları satış rekorları kıran, filmleriyle gişede rekor hasılat elde eden Harry Potter serisinin yazarı J.K. Rowling intihalle suçlanıyor.
    LONDRA - Kitapları satış rekorları kıran, filmleri gişede rekora koşan seri Harry Potter'ın yazarı Joanne Kathleen Rowling intihal yapmakla suçlanıyor. Hakkında dava açılan tarafsa kitapları yayınlayan Scholastic Yayınevi.

    Suçlama ünlü yazarın birçok kitabında 1987'de İngiliz yazar Adrian Jacobs tarafından yazılmış Büyücü Willy'nin maceraları kitabından çalıntı yaptığı yönünde.

    İntihalin büyük kısmının, 2000 yılında yayınlanan 'Harry Potter ve Ateş Kadehi' kitabında yapıldığı, ancak diğer kitaplarda da izinsiz alıntıların yer aldığı öne sürülüyor.

    Seriden 1 milyar doları aşan servet elde eden Rowling ise gündeme geldiği tarihten itibaren suçlamaları reddetmişti. Rowling, Adrian Jacobs diye bir yazardan ya da kitabından haberdar olmadığını söylemişti.

  • ‘Cinsi kitablar’ məhkəmədə!

    Oxuyanı heyvani hisslərə sürüklemir!
    Sel Yayınçılık evinin 'Cinsi kitablar' toplusu qalmaqlala səbəb olmuş, münsiflər heyyəti kitabları'' heyvani hissləri sürükləyəcək xüsusiyyətlər''tapmışdı. İkinci münsiflər heyəti isə kitabların''ədəbi''dəyərini verdi.

    Sel Yayınçılık tərəfindən 2009-ci ildə 'Cinsi kitablar' seriası daxilində yayımlanan Mən Mila'nın "perinin Sarkacı", Guillaume Apollinaire'in "Gənc Bir Don Juan'ın Məcaraları", Fransa PV'nin yayıma hazırladığı "Görgülü və Bilgili Bir burjua qadınının məkdubları "və Xuan Manuel də Prada'nın" Kukular Kitabı "haqqında İstanbul 2. Asli Cinayət Məhkəməsində Ümumi əxlaqa Aykırı Suçlar daxilində dava açılmışdı.

    Nəşriyyat sahibi İrfan Sancı haqqında 6 aydan 3 ilə qədər həbs cəzası tələb olunan davayla əlaqədar təyin edilən ilk araşdırma heyyətinin hazırladığı hesabatda 'Kukular Kitabı' başqa''diksindirici, oxuyanı heyvani hisslerə sürükləyəcək''xüsusiyyətlərin mövcud olduğunu bildirmişdi.

    Xəbərtürk qəzetinin yaydığı məlumata görə məhkəmə, yayınevinin etirazı üzərinə, ikinci bir araşdırma heyyətinin yaradılmasına qərar verdi. Bu qərar istinadən Qalatasaray Universiteti Elmi Ədəbiyyat fakultəsinin dekanı Prof. Dr. Osman Senemoğlu, Yrd. Dos. Dr. Atilla Demircioğlu ilə Baxçeşəhər Universiteti Hüquq Fakültəsindən Dos. Dr. Əli Kamal Yıldız'dan yaradılan nümayəndə heyyəti yeni bir hesabat hazırladı və yetkinliklə kitabların''ədəbi''xüsusiyyət daşıdığını bildirib.

    'Cinsi kitablar' məhkəmədə!
    Ədebiyatta müstehcenlik olmaz
    Yeni bir növ: ailəcək Oxunacaq kitab
    Ədəbi xüsusiyyət daşıyan kitabları nümayiş cinayət təşkil etmədiyini diqqət çəkilən hesabatda''bir sənət əsərində, xüsusi və açıq tasarımların təminat altına alınması''lazım olduğu vurğulandı

  • Necip Fazil Kısakürek anılacaq!


    Daha çox siyasi və ictimai tarix, fikir və mətbuat tarixi, dil kimi sahələrdə işlər görən Türkiyə Yazarlar Birliyinin Fondu,D. Mehmet Doğan, vefatının 27. Ili ilə bağlı Ustad Nəcib Fazil Kısakürek'i anacaq.

    26 May 1904 günü Çemberlitaş'ta dünyaya gələn, 25 May 1983-də aramızdan ayrılan Nəcib Fazıl'ın həyatı, fikirləri, mübarizəsi və əsərləri türk ədəbiyyatı və Türk düşüncə dünyası adına olduqca əhəmiyyətlidir. Nəcib Fazıl'ın, 'müddət məndən və mekân mənə emanettir! 'Şüurunda bir gənclik yaradılması fikri mübarizəsinin təməlini yaradır.

  • Ələmdar Mahirin 60 illiyi Yazıçılar Birliyində qeyd edilib

    01:04 / 14.05.2010
    Ötən gün Yazıçılar Birliyində (AYB) şair Ələmdar Mahirin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin mətbuat katibi, şair Ədalət Əsgəroğlu yubilyarı Birlik adından təbrik edib.
    “Şəms” ədəbi birliyinin sədri, şairə Elnarə Şəms Ə.Mahirin yaradıcılığı ilə şəxsiyyətinin bir-birini tamamladığını qeyd edib, ünsiyyətdə olduqları müddətdə ondan çox şey öyrəndiklərini diqqətə çatdırıb.
    Ə.Mahiri “istər din və şəriət məsələlərində, istər klassik Azərbaycan poeziyası sahəsində canlı ensiklopediya” adlandıran şair və filoloq Ənvər Nəzərli yubilyarın həyat və yaradıcılığından söz açıb: “1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gələn Ələmdar inanılmaz dərəcədə iti hafizəyə və yaddaşa malikdir. Adları bir çox mütəxəssislərə belə tanış olmayan şairlərin də şeirləri onun sinə dəftərindədir. Hacı Ələmdar Mahirin yaradıcılığının əsasını ilahi və irfani şeirlər təşkil edir”. Ə.Nəzərli şairin yaradıcılığının bədii məziyyətlərindən danışaraq onun şeirlərində təkcə təsvir və təriflə kifayətlənmədiyini, oxucusunu haqq yola, halallığa, ədalətə və mübarizəyə dəvət etdiyini önə çəkib: “Şairin qəzəllərində məhəbbətin yüksək bədii tərənnümü ilə bərabər ictimai məzmunlu qəzəllər də mühüm yer tutur”.
    İlqar Fəhmi Ə.Mahirin klassik irsimizin novator davamçısı kimi qələmə aldığı qəzəllərin bədii dəyərindən söz açıb. Gənclərin həmişə onu örnək aldığını, ondan öyrəndiyini qeyd edən İ. Fəhmi ona bundan sonra da yaradıcılıq uğurları arzulayıb.
    Xalq artisti Əlibaba Məmmədov çıxışında Ə.Mahir yaradıcılığının yalnız qələm dostları və oxucular tərəfindən deyil, musiqiçilər tərəfindən də sevildiyini nəzərə çatdırıb.
    Professor Tərlan Quliyev çıxışında Ə.Mahirin klassik şeirin poetikasına dərindən bələd olduğunu söyləyib: “Hacı Ələmdar Mahir əruza dərindən bələddir. Əslində əruzu dərindən mənimsəmədən, incəliklərinə varmadan yaxşı qəzəl yazmaq mümkün deyil”. T.Quliyev Ə.Mahirin ilahi ilhamdan yaranan şeirlər yazdığını diqqətə çatdırıb.
    Əməkdar məşqçi Hicran Şərifov da Ə.Mahirin qəzəllərini klassik irsimizdə yenilikçi ruhla yazılan poeziya nümunələri adlandırıb.
    Tədbirdə çıxış edən “Şəms” ədəbi birliyinin üzvləri Xatirə Vaqif, Dilşad Araz Ə.Mahiri özlərinə ustad bildiklərini deyiblər.
    Sonda çıxış edən yubilyar yaradıcılığına diqqət göstərən qonaqlara, tədbirin təşkilatçılarına minnətdarlıq edib, yaradıcılığı haqqında fikirlərini bölüşüb.
    525-ci qəzet
    SARA

  • ÖMRÜNÜ SƏNƏTƏ BAĞLAMIŞ İNSAN

    Bakı, 13 may (AzərTAc). Mayın 13-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Şəms” ədəbi birliyinin təşəbbüsü ilə klassik Azərbaycan poeziyasının təbliğatçılarından olan şair Ələmdar Mahirin 60 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi keçirilmişdir. AYB-nin mətbuat katibinin rəhbəri, şair Ədalət Əsgəroğlu, ədəbiyyatşünas-alim, şair Ənvər Nəzərli Ə.Mahirin qəzəl yaradıcılığından danışmışlar. Ələmdar Mahir 1950-ci ildə Bakının Nardaran kəndində anadan olmuş, bu mühitin klassik poeziyaya, muğama olan həssas münasibəti onun həyatı və yaradıcılığına öz təsirini göstərmişdir. Xalq Artisti Əlibaba Məmmədov klasssik qəzəl janrına novator münasibətinə və Füzuli irsinin tədqiq olunmasında böyük əməyi olduğuna görə Ə.Mahirə təşəkkürünü bildirmiş, müasir xanəndələrin repertuarında Füzuli, Əliağa Vahidlə bərabər Ə.Mahirin də qəzəllərindən istifadə olunduğunu söyləmişdir. Yazıçı-publisist, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, şair Qəşəm Nəcəfzadə və digərləri “Səadət intizarında” qəzəllər kitabı ilə ədəbiyyatımıza gələn, 6 kitab müəllifi “Məclisi-üns” şairlər məclisinin bərpa olunub fəaliyyət göstəməsində əməyi olan Ə.Mahirə yaradıcılıq uğurları arzulamışlar. Ələmdar Mahir tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, yeni qəzəllərini oxumuşdur.
  • Şairler ve Yazarlar Kurultayı Gerçekleşdirilecek

    aruz_2010

    BTİO 1 Şairler ve Yazarlar Kurultayı 12 Mayıs 2010 da okulumuz konferans Salonunda gerçekleşdirilecekdir.Baküde yaşayan Aruz Şairlerinden bir grubun katılımı ilegerçekleşdirecek kurultaya okulumuzun şiirsever öğrencileri için bir atölye çalışması şeklinde gerçeklenmesi planlanmaqdadır.

    Dəvət alanlar:Şair-filoloq Ənvər Nəzərli,Əşrəf,Dadaş,Seyran və "Şəms"məclisinin üzvləri!

  • Spam Blocked