Xatirə Vaqif-»Mehdi Sahibəzzaman(ə.s) mövlüdi»
Kim ki, məhşər gününə qəlbdə iman aparır,
Elə bilsin ki ,bütün dərdinə dərman aparır.
Qəlbi irfanla dolanlardadı rəbbin işığı,
Bunu yalnız bacarıb əsli müsəlman aparır.
Ya imam, həsrətin ilə bir ömür yol gəldim,
Başa düşdüm ki ,məni vəslinə hicran aparır.
Gecəni açmışam hər sübh azan sotilə
Ruhumu sanki alıb ayeyi Quran aparır.
Hara getdim, hara baxdım, səni axtardı gözüm,
Bu nə cür cazibədir ağlımı başdan aparır.
Eşq bimarıyam ,ey ruhi- rəvanım sənsiz,
Çarə qılmaqdan ötür xəstəni loğman aparır.
Bir canım var , onu vəslində fədadır demişəm,
*“Sanki hüccac məni Minaya qurban aparır”.
Toz olub torpağına bircə qarışsaydım əgər,
Damlan olsam sevinərdim məni ümman aparır.
Yetiş imdadə, yetiş, ey zamannın sahibi, gəl,
Gəl gör ki, Kərbübəla şahını al qan aparır.
Nə qərib yolçularıq,biz nə qərib, Allahım,
Gedirik axirətə ,çün bizi karvan aparır.
Dilə ,ey Xatirə Rəbbin bəyənən təqvanı,
Ora insanı fəqət Xaliqi sübhan aparır.

UNESCO İrlandiyanın paytaxtı Dublini “Ədəbiyyat şəhəri” elan edib.
'



Bu barədə Milli.Az xəbər portalına Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Qalmaqallı Britaniya yazıçısı Salman Rüşdinin “Şeytan ayələri” romanının Azərbaycan dilinə tərcüməsinin “Unikal” qəzetində çapı dayandırıldı. Bu dəfə birdəfəlik.

salam Xatirə xanım,bu qəzəl nəzirə de olsa həqiqətən yaxşı qəzəldi. Buda ondan irəli gəlir ki,sizin isdedadınız var… Uğurlar.
1Salam Xatirə xanım çox əladır .Xüsusən(damlan olsam sevinərdim məni ümman aparır) çox əladır.Birdə( ya imam) ifadəsi mənə elə gəlir ki,biraz çilpaqdır və( kərbübəla)ifadəsi yoxdur (kərbəla)dır ola bilsin mən səhv edirəm.Bəri başdan üzr istəyirəm.Sənə uğurlar
2Salam…Dadaşa da Seyrana da qezele gösterdikleri münasibete göre çox minnetdaram…İnşallah bu mövzuda davamlı yaradıcılıq işlerimiz olacaq.Çünki bu ele bir mövzudur ki, her üreyi riqqete getirir.Ustadımız Hacı Elemdar Mahir olmasaydı belke men bu qezeli yazmayacaqdım…Buna göre ustadıma teşekkür edirem….İnşallah eruz hemişe yaşayacaq…
3Salam, Xatirə xanim. Nə yazım, necə yazım ki inciməyəsiz… İnanmıram ki, Ələmdar Mahir bu qəzəli oxuyub, bura bir söz yazmıram, amma ilk fürsətdə bu barədə danışmaq istərdim. 5-ci beyt çox rəvan və gözəldir.
4Arifin sozune quvvet olaraq, beshinci beyt chox eladir, yenidir, muellifindir. Xatire xanim israr edir ki, eruz hemishe yashayacaq, dogurdur, bu indiye qeder yazilan qezellerin gozelliyi, xatiresi ile yadda qalamlidir. Mence inden bele qezel yazmaq daha elverishli deyil. Ya yazsaq da chox orjinal olmalidir, Ilqarin bezi qezelleri kimi. Mene ele gelir ki, artiq qezel etiqeleshib, onun artiq muzeye vermelmesi lazim olan vaxtidir.
Men deyirem ki, niye serbest, modern uslublarda dini, menevi sheirler qeleme alinmamalidir ve alinmir?
Meselen, bir misal chekim, Arifin azad eruzda (banisi boyuk Iran shairi Nima Yushic) yazdigi «Xezerim» sheiri necede gozeldi. Hetta azad eruz da tabuya chevrilmemelidir, sheir yenileshmeli, zamanin telebine cavab verilmelidir.
Men ozum de ara-sira qezel yaziram, amma chalishiram ki, ereb-fars sozlerinden istifade etmeyim, sirf azeri dilinde olsun ve ya daha qezel yazmaq fikrinde deyilem. Yeni yazmaq istesem de o qezelde yeni bir fikir olmayacaq.
Qeyd edim ki, menimq ezelle shexsi qerezliyim yoxdur, onu sizin qeder chox sevirem, amma mene ele gelir ki, onun istifade muddeti tukenib. Her bir halda burada iki qezelimi yerleshdirirem, biri bugunku eziz gun- Imam Zamanin (e) movludu ve digeri ise qezelle bagli:
Gələsən
Kaş verə izni zühur Xaliqi-Sübhan gələsən,
Edəsən aləmi nurunla çıraqban , gələsən.
Qədəmin bəxş edəcəkdir quru səhraya həyat,
Həmi pəjmürdə təbiət tapacaq can, gələsən.
Vaxt ötür, gözləməyə yoxdu lüzum şəvval ayın,
Gəl edək birgə obaşdan bu rəməzan , gələsən.
Tükənib səbrü qərar, tabü təvan, Sən yoxsan,
Axı, həsrət uzanar bəs haçanaycan, gələsən.
Yox dəxi dadə yetən, zülm ilə dolmuş hər yan,
Ey edən dəhridə müşkülləri asan, gələsən.
Aqilin kimsəsi yox, gər kəsi varsa Sənsən,
Nə olar ki, barı bir yol ona mehman gələsən?
Qezel
Sözə can vermək üçün xəlq eləmiş Tarı qəzəl,
Bəzəyir nəzm ilə, ahəng ilə əşarı qəzəl.
Hər rübabında oxur şövq ilə misrası müğam,
Vəcdə salmışdı müdam sanki kaman, tarı qəzəl.
Çəkərək vəsfə qara xalı, bəyaz çöhrələri,
Vəslə çatdırdı həmi sevgili dildarı qəzəl.
Kim ki, söz pərgarıdır, var gözünün üstə yeri,
Amma qoymur yaxına safili, bikarı qəzəl.
Nə qədər əldə qələm var çəkərəm nəzmə səni,
Ey ulu keçmişimin zərif yadigarı qəzəl!
Aqilin əzmi böyük, aldana bilməz heç vaxt,
5Ona ilham eləmiş hikməti, əsrarı qəzəl.