Mirağayeva Humay-»Ölümü öyrənin!»
“Mən elə bilirdim ki,həyatı öyrənirəm,sən demə ölümü öyrənirəm”Leonardo da Vinçi
Ağ vərəq!Yazıram,əslində hər qələmi əlimə aldığımda yazmadıqlarımı yazmaq üçün.Bəzən sevincimi,bəzən duyğularımın həmdəmi olan bir neçə misranın qəlbimdə digər fikirlərinin yaranmasına maneəçilik yaratmaması üçün başlıq yaratmaq naminə kiçicik qeydlər edirəm.Fikirlərim məni boğur,mənsə fikirlərimin ağuşunda təlatümlü dalğalarda çarpışan bir gəmi kimi düşüncələrimi cilovlaya bilmirəm.Bilmirəm nədən yazım.Bir çox mövzular bir ani məqamla hələ ağ vərəqə bənzəyən beynimin bir sətrində canlanır və həmin saniyədə itir.
Sən demə bu neçə müddət ərzində elə düşünmüşəm ki,həyatı öyrənirəm,sən demə ölməyi öyrənirmişəm.Ölməyi öyrənmək?Bəziləri ölümə həyatın gərdişi,bəziləri mövcud reallıq,kimlərsə təsadüf,bir digəri isə qarşısı alınması üçün müddət öyrəniləsi fakt,bəzisi isə zamanın qarşısı alınmaz maneəsi kimi baxır.Ölməyi öyrənənlərsə,öləcəklərinə şübhə doğurmayanlar və bu reallığın gözünə dik baxanlardır.Ölümü öyrənin!Əks halda əslində səhvlərimizlə bəzənən həyatımızda son nöqtə olduğunu bilə-bilə öncədən nədən bu saniyəni düşünməmişdim,daha doğrusu düşünə bilmədim deyəcəyim barədə düşünmək necə də acınacaqlı olacaqdır.

UNESCO İrlandiyanın paytaxtı Dublini “Ədəbiyyat şəhəri” elan edib.
'



Bu barədə Milli.Az xəbər portalına Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Qalmaqallı Britaniya yazıçısı Salman Rüşdinin “Şeytan ayələri” romanının Azərbaycan dilinə tərcüməsinin “Unikal” qəzetində çapı dayandırıldı. Bu dəfə birdəfəlik.
