Əşrəf-»Bizlik deyil»!
Vəsl dərdin çək,könül,dünya ki var,bizlik deyil,
Çün bu dünya içrə çox məna ki,var,bizlik deyil.
Bir gülün eşqində əfqan eylərik,bülbül kimi,
Bağ içində hər güli-rəna ki, var,bizlik deyil.
Dərd əlindən qaçmadıq səhralərə,tab eylədik,
Məcnun adlı aşiqi-rüsva ki, var,bizlik deyil.
Biz ki,hicri-yar ilə bidarıq,ey dil,hər gecə,
Bəxtəvər aşiq görən röya ki, var,bizlik deyil.
Göz açandan.Əşrəfa,daim cəfalar görmüşük,
Ya səfa yoxdur cahanda,ya ki var,bizlik deyil.

UNESCO İrlandiyanın paytaxtı Dublini “Ədəbiyyat şəhəri” elan edib.
'



Bu barədə Milli.Az xəbər portalına Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Qalmaqallı Britaniya yazıçısı Salman Rüşdinin “Şeytan ayələri” romanının Azərbaycan dilinə tərcüməsinin “Unikal” qəzetində çapı dayandırıldı. Bu dəfə birdəfəlik.

Sağ ol ay Eşref…sen olmasan hardan oxuyarıq bu şirin Eşrefane qezelleri? Allah ilhamını bol elesin…
1Eshref, hezin sheirdir, sag ol. Bice «vesl derdi» ifadesi dogru deyil. Vusaldan derd yox, zovq geler. Cox guman ki vusala yetishe bilmemek derdi yazmaq istemisen. «hicr derdi» yazsan yerine oturar. Ugurlar … Admin xanim, » var» redifinden evvelde gelen «ki»ler baglayici deyil, edatdir, onlardan sonra vergul qoyulmaz.
2Birce*
3