Dilşad Araz-»Yoluna göz dikən eşq əhlinin imdadına yet»
Nə zamandır çəkirəm həsrətini cananın,
Könlümün mülkünə o candan əziz sultanın.
Tazə güllər açıb,ey sərvqədim,gülşəndə,
Mənə sənsiz nə gərək ətri gülün,reyhanın.
Gəl çıx,ey sərv-rəvan,canımı yandırdı fəraq,
Söndürüm vəslin ilə atəşini hicranın.
Tazə ay tək bulud ardından əgər çıxsan,inan,
Bir canım var,onu da eyləyərəm qurbanın.
Aşiqin mən deyiləm,tək sənin ey sevgili yar,
Qəlbi eşqinlə vurur mən kimi çox nalanın.
Elə rütbə verilib,heyran olub cümlə sənə,
Sən özün heyranısan rütbə verən rizvanın.
Gəl həqiqət yolunu göstər öz aşiqlərinə,
Ayağa durmaq üçün gözləyirik fərmanın.
Yoluna göz dikən eşq əhlinin imdadına yet,
Sal mizana bu cahanın pozulan səhmanın.
Dilşad arizdi sənin şənini vəsf eyləməyə,
Kömək ol,artır öz eşqinlə onun imkanın.

UNESCO İrlandiyanın paytaxtı Dublini “Ədəbiyyat şəhəri” elan edib.
'



Bu barədə Milli.Az xəbər portalına Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Qalmaqallı Britaniya yazıçısı Salman Rüşdinin “Şeytan ayələri” romanının Azərbaycan dilinə tərcüməsinin “Unikal” qəzetində çapı dayandırıldı. Bu dəfə birdəfəlik.

Elə rütbə verilib,heyran olub cümlə sənə,
Sən özün heyranısan rütbə verən rizvanın.
Dilşad bu gözel qezel üçün seni tebrik edirem. Xüsusile bu beyt daha çox celb edir. İnşallah ,bu qezel sene heyatda yeni yeni uğurlar ve müveffeqiyyetler getirir.Allah yolunu,bextini ve tebini revan etsin.Amin..
1