PHP Error Message

Warning: array_values() [function.array-values]: The argument should be an array in /home/a7365014/public_html/wp-content/plugins/facebook-social-plugins/socialplugins.php on line 143

Free Web Hosting

Şəms Ədəbi Məclisi

Şəms Ədəbi Məclisi
Subscribe

Orxan Əliyev-»Iki cənnət arasindakı bir günah»

Июль 28, 2010 By: admin Category: Nəsr

Hər gün günəş işıqlarını şəfəqin müəmma könlündən salarkən illərdir tək dəyişməz arzum buludların göydən damla-damla yağışlarını endirməsi idi. Mənim üçün hər yerə düşən yağış damcısının səsi həyatda əvəz olunmamasının səbəbi, buluddan düşən hər damcıda bir mələk yerə enərmiş. Yağışlı havalara insanların çoxunun mövqeyi qarşıdır, coxu yağışı sevməz, şikayət edər. Amma mən onların acığına pəncərimi ardına kimi açib əllərimi uzadib yağışın damcılarını əlimlə tutardım, sanki hər damla da mənim üçün bir mələk göndərilirdi. Yağış yağarkən havaya qalxan torpağın qoxusundan həzz alarkən bəzən də özümə görə gözumdən yaş axidaraq bəlkə mən də bir mələk göndərdim dəyə səvinərdim.

Həm də yağış yağarkən insanın bütün xeyirli duaları qəbul olunurmuş.Bir gün yağış yağarkən mələk kimi gözəl bir sevgilimin olmasını arzu ettim.Biraz keçdikdən sonra duamın qəbul olmadığını zənn edərək yağışı göndərənə küsdüm.Səbrsizlik məni elə utandırdi ki, Yaradana şükür etməyə də üzüm gəlmədi.Duam qəbul olunmuş sanki hər yagis damlasında göndərilən mələklərdən biri mənim üçün gəlmişdi.


Onu yağışlı bir gündə yıxıldığını görüb kömək ettikdən sonra, aramızdakı səmimiyyət bu günlərə kimi inkişaf etmişdi.Onu hər kecən gün daha da sevir, niyə digərlərindən fərqli olduğunu anlayırdım.Əvvəllər məni gözəlliyi cəzb etsə də, sonralar isə ağli məni elə cəzb etti ki,onsuz bir gün yaşaya bilmirdim.Süvirdim, necə səhranın qızmar günəşində bir insan suya həsrət qaldıqdan sonra suyu bir nəfəsə içərsə, mən də onu əbədi sevirdim, özümdən də cox.
Bir insan sevərkən yarın hər zaman gözlərinə mübtəla olur, o iki qara inci dənəsini əsla unutmaq olmur.Eşq şərabı öldürücü olsa da, onu bir nəfəsə içib sərxoşluğun həzzini duymaq əsrarəngiz olsa da,fəqət şərxoşluq keçəndən sonra özünü xəyallarla aldatdığını anlamaq insanı yerlə yeksan edir.
Yağış şəfəqlə birlikdə oyanmış, mənim yatdığımı görərək əsəbləşdiyindən dərin yuxudan sonra, açıq pəncərədən cərəyan edən külək məni sığallayaraq oyatmağa məcbur etmişdi.Başım çox pis ağrıyır, belimin sümükləri işgəncə verərcəsinə sızlayırdı.Gözlərimi çətinliklə açdıqda divanda deyil,döşəmədə uzandığımın, ətrafımda şərab və pivə butulkalarının şahidi oldum.Ümumiyyətlə içib sərxoşluq edən avara bir adam deyildim, ancaq dünən nə isə olmuşdusa məni içməyə vadar etmişdi.Əcayib yuxulardan başqa keçən gündən heç bir təəsürat qalmamışdı.
Yerimdə oturduqdan sonra, cibimdən telefonu çıxardıb təqvimə baxdım.Bazar ertəsi, saat iki idi.Beynim elə incidirdi ki, sanki ona biz batırırdılar.Dünəndən hərdən yadıma dumanlı hadisələr düşürdü.Hə… dünən toya getdiyim dəqiq olaraq beynimdə canlandı, bəlkə də orda içmişdim.İşin qəribə tərəfi isə, teləfonda sevgilimdən olan mesajlar lazımi qədər məyus edici idi.”Bir daha mənə zəng etmə, artıq hər şey bitti.Bundan sonra sən öz yoluna, mən özümkünə…” məktubu diqqətimi çəkmişdi.
Bütün dərdlərə, qəmlərə, fiziki yorğunluğa yoldaş olmaq üçün bir şeylər yadıma düşdü.Həmin an üzümün rəngi saralmış, tüklərim ürpərmiş, gözlərim yaşla dolmuşdu.Dodaqlarım yarı açıq vəziyyətdə idi və yanağimdan süzülən gözyaşlarım çənəmdən köynəyimin yaxasına tökülürdü.Ürəyimin vuruşu artmışdı, sanki kürəyimdən bir bıçaq saplanmışdı.Çox məyus halda hıçqıra-hıçqıra ağlayırdım.
Dünən əslində getdiyim toy, sevgilimin başqasıyla evlənməsinin mərasimi idi.Heç vaxt tərəddüt etmədən deyə bilərəm ki, toya getmişdim və onları birlikdə oynayanda görmüşdüm.Mən xaric ordakı hamı sevinc içində idilər.Bir an onunla göz-gözə gəldik, məni gördü və daha da əziyyət ,iztirab vermək qəhqəhə ilə gülərək oynamağa davam etti.Bəyi də tanıyırdım, bu mənim yaxın dostum Murad idi.Sevgilimi əlimdən almışdı, indi də onunla bir ömrün sonuna kimi yaşamağa ilk addım atırdılar.
Biraz tənbəlliyimdən dolayı, evlənmək istəmirdim, çünki mənə görə evlənmək müqəddəs bir pillə idi ki, bu pillə insan həyatının son zirvəsinə çıxmaq üçün həyatda mümkün olduğu qədər hər şeyi əldə etməli idi.Məncə həyatda məqsədi olmayan bekar hər kəs evlənə bilərdi, fəqət insanın dünya görüşü artdıqdan sonra adi şeylərin içində mürəkkəb şeylər axtarırsan.Onu həddən artıq sevirdim, amma hələ evlənməyin zamanı deyildi.
Onu sevməyimin səbəbi məni yaxşı başa düşməsi idi.Bununla yanaşı, bəzən də məni evlənmək barədə bezdiridi.Qəribə bir gülümsəyişi var idi, güləndə sanki gözlərinin içində cənnət bağçalarının birində səyahətə çıxırdım.Gözlərinin içinə baxanda, onda hər şeydən ayrılaraq məst olurdum.
Onu bu qədər sevdiyim halda, məni niyə tərk etti?Sonunda nə oldu, zəkası məndən qıt olan, dilinin lüğət tərkibi 3 səhifəyə sığan biri ilə evləndi.Axı o mənə qismət olmalı idi…Onunla birlikdə olduğum vaxtlarda həyatımın qüsursuz günlərini yaşayırdım.Hər keçən gün onu daha da sevir, görmədiyim günlərdə onun üçün daha da darıxırdım.Heç kimi belə sevməmişdim, mənə görə o nacizanə gözəl, hətta məndən daha da savadlı idi.Bir gülün günəşdən qida aldığı kimi, onun yanında olanda həyat sevincim artır, məqsədli düşünə bilirdim.Bəzən səbəbsiz yerə mübahisələr edir, sonra da onunla barışmaq üçün özümü hər vəziyyətə salırdım.Barışdıqdan sonra da mənimlə minnətli əda ilə danışması məni ona heyran edirdi.
Hər şey yaxşı gedərkən axı niyə belə oldu?Onu sevirdim, o da məni əbədi olaraq.Bütün bu səhvlər mənim yalançı uzaqgörənliyimin ucbatından oldu.Guya həyatda səbrli adamı canlandırırdım.Vaxtında onunla evləmədiyimə görə, indi də yetim uşaq kimi ağlayırdım.
Ondan yaxşısını bundan sonra tapa bilməyəcəyəm.Mənim kimi alçaq adama heç nə layiq deyil.Hətta ciyərlərimə alıb-qaytardığım Allahın havası da…Niyə yaşayıram ki?Həyatda əlimdə nə qalıb ki?Bütün ümüdlərim,xəyallarım əlimdəm sərçə balası kimi uçub gətmədimi?Bundan böyük faciə nə ola bilərdi ki, sevgilim əclaf dostumla evlənib, həm də gözlərimin qarşısında…
Həmin an yeni dünyaya gəlmiş uşaq kimi ağlayırdım.Qərarlı şəkildə ayağa qalxdım, mətbəxə doğru sərt addımlarla irəlilədim.Sanki ölümə
tez qovuşmaq üçün səbrsizlənirdim.Mətbəxdə mənə zərəz vərə biləcək bir şey axtarırdım və Nyutonun başına alma düşdüş kimi, sanki ilk dəfə olaraq gözümə xlor dəydi.Çox istəyirdim ki, ölümü axşam xəbərlərində izləyəm, lakin öldükdən sonra dünyəvi məsələlər belə də mümkün olmur.
Xloru götürüb axıra kimi içdim, xlorun kəskin qoxusu burnumu deşmişdi.Hər şey bitmiş, yarım saata yəqin ki öləcəkdim, çıxış yolu yox idi.Sonra divandakı yerimə qayıtdım və telefonu əlimə alıb məsaj yazdım.Mesajın ünvanı artıq evli sevgilimə idi və məzmunu “Sən məni ölümcül yaralasan da öldürə bilmədin, sənin kimi birinin əlində ölməkdənsə,özüm-özümun qatili olaram.Ərinlə xoşbəxt ol” sonra da telefonu söndürüb, ölüm anının gəlməsini gözləməyə başladım.
Ağzımın içi yanırdı, mədəmdə isə kəskin qoxulu qızışma tüğyan edirdi.İztiraba dözə bilmirdim, bir yandan ağlayır, digər tərəfdən də mədəmin deşilməsinin canlı şahidi olurdum.Heç nə vecimdə deyildi, yalnız yeni həyatıma çıxacağım yol məni maraqlandırırdı.Əksər hallarda isə öskürəndə dilimdə acılıq hiss edirdim.
Əlimin altında onun şəkli vardi;köndələn qalmış,gözlərini zilləmişdi.Şəkildə tünd qara saçları çiynindən süzülürdü, üzündə təmkinli halda bir gülümsəyiş ziddiyyət yaratmaq istəyirdi.Gözlərinə baxanda daha da məyus olurdum.Ancaq onu fikirləşirdim, onunla keçirdiyim o məsud günləri…

Gözlərim yumulur, bəzən də zəhərin təsirindən qəflətən oyanır, ciyərim deşilənə kimi öskürürdüm.Ölümü gözləyərkən, son arzum onu yenidən görmək idi.Fəqət bəlkə də cəhənnəmdə eyni qazanda qaynayacaqdıq.
Evdə hər şey məni sükütla təzim edərkən, qapının döyülməsi sanki inqilab yaratdi.Bazar ertəsi kim gələ bilərdi ki?
Qapıya dogru yönəldim, ayaga qalxdım, amma nəfəs ala bilmirdim.Bir-iki addım atdıqdan sonra yerə diz cökdüm, sonra da hər kimdirsə biraz qapını döyər axırda da bezib işinə gedər deyə açmaq istəmədim.
Qapının səsi isə fasiləsiz eyni bir səsi mırıldanırdı.Məcbur açmalı idim.Qapının dəstəyini aşagı tərəfə döndərib açdıqdan sonra, həqiqətən öldüyümü, cənnəti mənə göstərdiklərini düşündüm.Amma bu xulyadan məni əvvəlki sevgilimin səsi oyatmışdi.
–Sənə nə olub? O nə mesaj idi yazmışdın?…
Mənim suallara cavab verəcək halım yox idi, gözlərim axırdı və birdən öskürdüm.Hər şey gec idi, ağzımdan çıxan qan onun paltarına sıçramışdı
–Sən niyə bura gəlmisən, get ərinin yanına!
–Bu nə sözdür mənə deyirsən? Dəli olmusan, mən evli deyilləm ki..
–Bəs dünən kimin toyu idi?
–Mən hardan bilim?Ağzından niyə qan axır?
–Yalan deyirsən, dünən sənin evləndiyini öz gözlərimlə gördüm.Bundan sonra yaşamağın mənasız olduğunu anlayıb sən olmayan diyarlara əbədi səyahət üçün intihara cəhd etmisəm.
–Axı dünən biz birlikdə saat səkkizdə yemək yemədik, hə?Sonra da mübahisəmiz düşdu, ayrılıb evə getdik, yadına gəlmir?
–Ax, axmaq başım, indi xatirladım.Aman Allahım, günahımı bağışla,düzdür, yadıma düşür, evə gəldim, dərdli halda sərab içdim.Yəqin yuxuda səni dostum Murad ilə evlənərkən görmüşəm-yerimdə tərpənmədən donmuşdum.
–Dəlisən sən? Sənin dostun məgər mənim qardasim deyil?Nə düşüncəsiz birisən sən, məni qardaşımla evlənərkən görub…Bir insan fikirləşər axı, amma sən də o ağıl olsaydi axı..
Gerçəklər insana biz batırırcasına qəflət yuxusundan oyadırdı.Pərişan halda ikimiz də ağlayırdıq.Çarə tükənmişdi, bir saata ölməli idim, həm də sərxoşluğumun ucbatından..
–Səni bilirsən nə qədər sevirəm?
–Bilirəm, buna görə də özünü öldürürsən, hec kim ücün ölməyə dəyməz axı.
–Sənə görə hə, sən mənim hər şeyimsən
Yenə də qan qusurdum, o isə dodaqlarını dişləyərək ağlayırdı.Hərdən çarəsizliyini anlayaraq üzümdən öpürdü.
Çatlamış dodaqlarımı incə dodaqları ilə öpəndə dodaqlarının dadına doymadan bir daha durmamaq üzrə dərin yuxuya gütdiyimi anladim; qaranlıq dəhlizdən işıqlı rəngarəng gullərlə bəzədilmis, ətrafinda quşlar sevisən hovuzları, simalarında gözəllik tərənnum olunan mələkləri gördüm.Yəqin ki, bir ilan yetkinləşəndə necə dərisini soyunarsa mən də yeni həyata başlamaq ücün dunyada verilən cibləri gunahlarla dolu əmanətimi soyunmuş pak yaradılanlara qonşu olmaq uşun sonu olmayan uzun bir səyahətə cıxmışdım.

Leave a Reply

  • Dublinə “Ədəbiyyat şəhəri” titulu verildi

    Ceyms Coysun Dublindəki heykəliUNESCO İrlandiyanın paytaxtı Dublini “Ədəbiyyat şəhəri” elan edib.

    Dünyada yalnız 4 şəhərə belə ad verilib. Bundan əvvəl Edinburq, Melburn və Ayova-siti bu titula layiq görülmüşdü.

    İrlandiyanın mədəniyyət naziri Meri Hanafin deyib ki, şəhərin bu adı almağa tam haqqı çatır.

    Belə titulun verilməsində UNESCO (BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı) şəhərdəki nəşriyyatların, kitabxanaların, kitab dükanlarının, təhsil ocaqlarının və təşkil olunan ədəbiyyat festivallarının sayını, yerli medianın ədəbiyyata nə dərəcədə diqqət ayırmasını, bir sözlə ədəbiyyatın şəhər həyatına nə dərəcədə inteqrasiya olunduğunu nəzərə alır.

    Dublin həm də 20-ci əsrin ən böyük yazıçılarından olmuş Oskar Uayld, Conatan Svift, Bernard Şou, Ceyms Coys və Samuel Beketin şəhəridir.

    İrlandiyada ümid edirlər ki, bu titul ölkə mədəniyyətinin inkişafına və Dublinə gələn turistlərin sayının artmasına kömək edəcək.

  • Cahilliklər kitabından sonra’ Necə Bilirdiniz? «Cahillikler Kitabı» nın yazarları tərəfindən hazırlanan,68 tarixi şəxsiyyətin  xüsusiyyətlərini izah edən kitab «Necə Bilirdiniz?» rəflərdəki yerini aldı.

    '
    Haqqında çox danışılan "Cahilliklər Kitabı" nın yazarlarının 68 tarixi şəxsiyyətinin  xüsusiyyətlərini anladan "Necə Bilirdiniz?" adlı kitab oxuculara təqdim edildi.

    John Lloyd və Con Mitchinson tərəfindən hazırlanan kitabda düşmüş şəxsiyyətlərdən,saxta kimliklərlə insanları dolandıranlara, dəyərləri ancaq ölümlərindən sonra anlaşılanlardan seks aludəçilərinə qədər 68 ad yer alır.

    Karl Marks, Oliver Cromwell, Florence Nightingale, Henri Ford, H. G. Wells, Çingiz xan, Benjamin Franklin, Ziqmund Freyd kitabda yer alan adlardan yalnız birneçəsidir.

    Adlardan bəzi nümunələr ...

    Marks,Kapitalı ayaqda duraraq yazmışdı.

    Çingiz xanın məzarının yerini ancaq dişi bir dəvə bilirdi.

    Leonardonun riyaziyyat və həndəsə elmlərindən biliyi çox zəif idi.

    Nikola Tesla'nın ən ciddi eşq əlaqəsi bir göyərçinləydi.

    Florence Nightingale həyatının son əlli ilini yatalak olaraq keçirdi.

    NTV

  • Harry Potter’a intihal suçlaması

    Kitapları satış rekorları kıran, filmleriyle gişede rekor hasılat elde eden Harry Potter serisinin yazarı J.K. Rowling intihalle suçlanıyor.
    LONDRA - Kitapları satış rekorları kıran, filmleri gişede rekora koşan seri Harry Potter'ın yazarı Joanne Kathleen Rowling intihal yapmakla suçlanıyor. Hakkında dava açılan tarafsa kitapları yayınlayan Scholastic Yayınevi.

    Suçlama ünlü yazarın birçok kitabında 1987'de İngiliz yazar Adrian Jacobs tarafından yazılmış Büyücü Willy'nin maceraları kitabından çalıntı yaptığı yönünde.

    İntihalin büyük kısmının, 2000 yılında yayınlanan 'Harry Potter ve Ateş Kadehi' kitabında yapıldığı, ancak diğer kitaplarda da izinsiz alıntıların yer aldığı öne sürülüyor.

    Seriden 1 milyar doları aşan servet elde eden Rowling ise gündeme geldiği tarihten itibaren suçlamaları reddetmişti. Rowling, Adrian Jacobs diye bir yazardan ya da kitabından haberdar olmadığını söylemişti.

  • ‘Cinsi kitablar’ məhkəmədə!

    Oxuyanı heyvani hisslərə sürüklemir!
    Sel Yayınçılık evinin 'Cinsi kitablar' toplusu qalmaqlala səbəb olmuş, münsiflər heyyəti kitabları'' heyvani hissləri sürükləyəcək xüsusiyyətlər''tapmışdı. İkinci münsiflər heyəti isə kitabların''ədəbi''dəyərini verdi.

    Sel Yayınçılık tərəfindən 2009-ci ildə 'Cinsi kitablar' seriası daxilində yayımlanan Mən Mila'nın "perinin Sarkacı", Guillaume Apollinaire'in "Gənc Bir Don Juan'ın Məcaraları", Fransa PV'nin yayıma hazırladığı "Görgülü və Bilgili Bir burjua qadınının məkdubları "və Xuan Manuel də Prada'nın" Kukular Kitabı "haqqında İstanbul 2. Asli Cinayət Məhkəməsində Ümumi əxlaqa Aykırı Suçlar daxilində dava açılmışdı.

    Nəşriyyat sahibi İrfan Sancı haqqında 6 aydan 3 ilə qədər həbs cəzası tələb olunan davayla əlaqədar təyin edilən ilk araşdırma heyyətinin hazırladığı hesabatda 'Kukular Kitabı' başqa''diksindirici, oxuyanı heyvani hisslerə sürükləyəcək''xüsusiyyətlərin mövcud olduğunu bildirmişdi.

    Xəbərtürk qəzetinin yaydığı məlumata görə məhkəmə, yayınevinin etirazı üzərinə, ikinci bir araşdırma heyyətinin yaradılmasına qərar verdi. Bu qərar istinadən Qalatasaray Universiteti Elmi Ədəbiyyat fakultəsinin dekanı Prof. Dr. Osman Senemoğlu, Yrd. Dos. Dr. Atilla Demircioğlu ilə Baxçeşəhər Universiteti Hüquq Fakültəsindən Dos. Dr. Əli Kamal Yıldız'dan yaradılan nümayəndə heyyəti yeni bir hesabat hazırladı və yetkinliklə kitabların''ədəbi''xüsusiyyət daşıdığını bildirib.

    'Cinsi kitablar' məhkəmədə!
    Ədebiyatta müstehcenlik olmaz
    Yeni bir növ: ailəcək Oxunacaq kitab
    Ədəbi xüsusiyyət daşıyan kitabları nümayiş cinayət təşkil etmədiyini diqqət çəkilən hesabatda''bir sənət əsərində, xüsusi və açıq tasarımların təminat altına alınması''lazım olduğu vurğulandı

  • Necip Fazil Kısakürek anılacaq!


    Daha çox siyasi və ictimai tarix, fikir və mətbuat tarixi, dil kimi sahələrdə işlər görən Türkiyə Yazarlar Birliyinin Fondu,D. Mehmet Doğan, vefatının 27. Ili ilə bağlı Ustad Nəcib Fazil Kısakürek'i anacaq.

    26 May 1904 günü Çemberlitaş'ta dünyaya gələn, 25 May 1983-də aramızdan ayrılan Nəcib Fazıl'ın həyatı, fikirləri, mübarizəsi və əsərləri türk ədəbiyyatı və Türk düşüncə dünyası adına olduqca əhəmiyyətlidir. Nəcib Fazıl'ın, 'müddət məndən və mekân mənə emanettir! 'Şüurunda bir gənclik yaradılması fikri mübarizəsinin təməlini yaradır.

  • Ələmdar Mahirin 60 illiyi Yazıçılar Birliyində qeyd edilib

    01:04 / 14.05.2010
    Ötən gün Yazıçılar Birliyində (AYB) şair Ələmdar Mahirin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin mətbuat katibi, şair Ədalət Əsgəroğlu yubilyarı Birlik adından təbrik edib.
    “Şəms” ədəbi birliyinin sədri, şairə Elnarə Şəms Ə.Mahirin yaradıcılığı ilə şəxsiyyətinin bir-birini tamamladığını qeyd edib, ünsiyyətdə olduqları müddətdə ondan çox şey öyrəndiklərini diqqətə çatdırıb.
    Ə.Mahiri “istər din və şəriət məsələlərində, istər klassik Azərbaycan poeziyası sahəsində canlı ensiklopediya” adlandıran şair və filoloq Ənvər Nəzərli yubilyarın həyat və yaradıcılığından söz açıb: “1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gələn Ələmdar inanılmaz dərəcədə iti hafizəyə və yaddaşa malikdir. Adları bir çox mütəxəssislərə belə tanış olmayan şairlərin də şeirləri onun sinə dəftərindədir. Hacı Ələmdar Mahirin yaradıcılığının əsasını ilahi və irfani şeirlər təşkil edir”. Ə.Nəzərli şairin yaradıcılığının bədii məziyyətlərindən danışaraq onun şeirlərində təkcə təsvir və təriflə kifayətlənmədiyini, oxucusunu haqq yola, halallığa, ədalətə və mübarizəyə dəvət etdiyini önə çəkib: “Şairin qəzəllərində məhəbbətin yüksək bədii tərənnümü ilə bərabər ictimai məzmunlu qəzəllər də mühüm yer tutur”.
    İlqar Fəhmi Ə.Mahirin klassik irsimizin novator davamçısı kimi qələmə aldığı qəzəllərin bədii dəyərindən söz açıb. Gənclərin həmişə onu örnək aldığını, ondan öyrəndiyini qeyd edən İ. Fəhmi ona bundan sonra da yaradıcılıq uğurları arzulayıb.
    Xalq artisti Əlibaba Məmmədov çıxışında Ə.Mahir yaradıcılığının yalnız qələm dostları və oxucular tərəfindən deyil, musiqiçilər tərəfindən də sevildiyini nəzərə çatdırıb.
    Professor Tərlan Quliyev çıxışında Ə.Mahirin klassik şeirin poetikasına dərindən bələd olduğunu söyləyib: “Hacı Ələmdar Mahir əruza dərindən bələddir. Əslində əruzu dərindən mənimsəmədən, incəliklərinə varmadan yaxşı qəzəl yazmaq mümkün deyil”. T.Quliyev Ə.Mahirin ilahi ilhamdan yaranan şeirlər yazdığını diqqətə çatdırıb.
    Əməkdar məşqçi Hicran Şərifov da Ə.Mahirin qəzəllərini klassik irsimizdə yenilikçi ruhla yazılan poeziya nümunələri adlandırıb.
    Tədbirdə çıxış edən “Şəms” ədəbi birliyinin üzvləri Xatirə Vaqif, Dilşad Araz Ə.Mahiri özlərinə ustad bildiklərini deyiblər.
    Sonda çıxış edən yubilyar yaradıcılığına diqqət göstərən qonaqlara, tədbirin təşkilatçılarına minnətdarlıq edib, yaradıcılığı haqqında fikirlərini bölüşüb.
    525-ci qəzet
    SARA

  • ÖMRÜNÜ SƏNƏTƏ BAĞLAMIŞ İNSAN

    Bakı, 13 may (AzərTAc). Mayın 13-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Şəms” ədəbi birliyinin təşəbbüsü ilə klassik Azərbaycan poeziyasının təbliğatçılarından olan şair Ələmdar Mahirin 60 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi keçirilmişdir. AYB-nin mətbuat katibinin rəhbəri, şair Ədalət Əsgəroğlu, ədəbiyyatşünas-alim, şair Ənvər Nəzərli Ə.Mahirin qəzəl yaradıcılığından danışmışlar. Ələmdar Mahir 1950-ci ildə Bakının Nardaran kəndində anadan olmuş, bu mühitin klassik poeziyaya, muğama olan həssas münasibəti onun həyatı və yaradıcılığına öz təsirini göstərmişdir. Xalq Artisti Əlibaba Məmmədov klasssik qəzəl janrına novator münasibətinə və Füzuli irsinin tədqiq olunmasında böyük əməyi olduğuna görə Ə.Mahirə təşəkkürünü bildirmiş, müasir xanəndələrin repertuarında Füzuli, Əliağa Vahidlə bərabər Ə.Mahirin də qəzəllərindən istifadə olunduğunu söyləmişdir. Yazıçı-publisist, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, şair Qəşəm Nəcəfzadə və digərləri “Səadət intizarında” qəzəllər kitabı ilə ədəbiyyatımıza gələn, 6 kitab müəllifi “Məclisi-üns” şairlər məclisinin bərpa olunub fəaliyyət göstəməsində əməyi olan Ə.Mahirə yaradıcılıq uğurları arzulamışlar. Ələmdar Mahir tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, yeni qəzəllərini oxumuşdur.
  • Şairler ve Yazarlar Kurultayı Gerçekleşdirilecek

    aruz_2010

    BTİO 1 Şairler ve Yazarlar Kurultayı 12 Mayıs 2010 da okulumuz konferans Salonunda gerçekleşdirilecekdir.Baküde yaşayan Aruz Şairlerinden bir grubun katılımı ilegerçekleşdirecek kurultaya okulumuzun şiirsever öğrencileri için bir atölye çalışması şeklinde gerçeklenmesi planlanmaqdadır.

    Dəvət alanlar:Şair-filoloq Ənvər Nəzərli,Əşrəf,Dadaş,Seyran və "Şəms"məclisinin üzvləri!

  • Spam Blocked