Tural Ağatlı-»QAR»
Suvarır hər yanı ağappaq dəniz
Yerin ürəyini sərnidən kimi.
Necə də od tutub köksüm bilsəniz,
Söndürün eşqindən yanan qəlbimi.
Baz onda sevgim də, odum da artar,
Siz ey ulduzlardan qopan ulduzlar.
Nə ola görəydi bu qara torpaq
Sizləri əridən dərdli ahımı.
Durmayın, əriyin tezcə hoparaq,
Yuyun bu yerlərin siz günahını.
Ucalsın gözümdə paklıq, etibar,
Siz ey ulduzlardan qopan ulduzlar.
Yağmayın körpələr yatan beşiyə,
Qoymayın analar heykəl dayana.
Yağın ki üstümə yuxum üşüyə,
Minillik yuxudan indi oyanam.
Nə vaxtdır tutmuşuq qəflətdə qərar,
Siz ey ulduzlardan qopan ulduzlar.
Mən sizi gətirən tale hökmünün
Önündə açıram sinəm varını.
Yarımın üstündə bəzəyə dönün,
Qoy geysin sizlərdən toy paltarını.
Bilsəniz bu ona necə yaraşar,
Siz ey ulduzlardan qopan ulduzlar.
Ürəyim köksümdə çırpınan kimi
Mənə bir ömür də gəlsin rəhminiz.
Yaşamaq eşqimi, sevmək eşqimi,
Yaratmaq eşqimi söndürməyin siz.
Sən ey gəncliyimə səpələnən qar,
Siz ey ulduzlardan qopan ulduzlar.
talehoglu@gmail.com

UNESCO İrlandiyanın paytaxtı Dublini “Ədəbiyyat şəhəri” elan edib.
'



Bu barədə Milli.Az xəbər portalına Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Qalmaqallı Britaniya yazıçısı Salman Rüşdinin “Şeytan ayələri” romanının Azərbaycan dilinə tərcüməsinin “Unikal” qəzetində çapı dayandırıldı. Bu dəfə birdəfəlik.

Maraqlı şeirdi xoşuma gəldi uğurlar
1Teshekkur edirem…
2