PHP Error Message

Warning: array_values() [function.array-values]: The argument should be an array in /home/a7365014/public_html/wp-content/plugins/facebook-social-plugins/socialplugins.php on line 143

Free Web Hosting

Şəms Ədəbi Məclisi

Şəms Ədəbi Məclisi
Subscribe

Elnarə Səms

8 Comments to “Elnarə Səms”


  1. Elnare xanim deyesen muqeddes torpaqlari ziyaret etmisiz, tanri her bir arzunuza qovusdurar sizi insallah.
    Eyer izin verseydiniz saytinizda oz cizmaqaralarimdan derc ederdim ve imkan olsa mail.ru da agentle canli elaqe yaratsaq yaxsi olar

    yolumuz nurlu olsun
    tanri turku qorusun

    hormetle: EL NUR

    1
  2. Bəli etmişəm,mənə bu əvəzolunmaz anları yaşatdığı üçün böyük Allahıma(həmd olsun ona) min şükürlər oxuyuram.İnshallah sizə də qismət olar.Bu səfərimdən əvvəl Xatirə xanımla(Xatirə Vaqif),Ələmdar Mahir.,Dadaş,Valeh və Kamil S.şairlərlə İranda Məşəd şəhərində İmam Rza(ə)ziyarətində də olduq.Ümumiyyətlə götürsək ötən ilim ziyarətlərdə,ibadətlə keçib!

    Əlbətdə göndərin,nə zaman istəsəniz öz yazılarınızı göndərin.Əlaqə də saxlayarıq inshallah,gözləyirəm.
    Eınarə Şəms

    2
  3. ceyhun6161 says:

    Heeee… Haci Xanim, necesiz?.. Allah tebarek ve teala ziyaretinizi qebul etsin. Ve bizleri de devet etsin ki, biz de o gozellikden feyz goturek.

    3
  4. Elnarə xanım Allahın gözəl məkanlarını ziyarətiniz məni də sonsuz dərəcədə sevindirdi.Qəlbinizdə Allah eşqi,üzünüzdə Allah nuru,sözünüzdə Allah kəlamı və bir sözlə Allah Uca Yaradan daima sizi qorusun Amin!Allah ziyarətinizi qəbul eləsin.Öz və ailəm adından sizi təbrik edir və can sağlığı arzulayırıq.

    4
  5. Salam,teshekkür edirəm Habil,Allah təala cümləmizə qismət etsin bu gözəl ziyarəti,inshallah.Mənndən də ailənizdəki hər kəsə böyük salamlarımı çatdır,dərin hörmətlə Elnarə Ş.

    5
  6. çox sağolun Elnarə xanım Allah sizdən razı olsun Amin!

    6
  7. Eziz dost Elnare xanım, xüsusile hecc farızanı ifa etmeyin sebebiyle seni bütün semimiliyimle tebrik edirem, Allah qebul etsin. Allah qoysa, inşallah men Bakıya geldiyimde müqeddes torpaqlar ile elaqedar izah edeceklerini senden dinlemeyi çox isteyerem. Bu vesile ile, çox sevdiyim odlar yurdunun gözel insanları olan dostlarıma, Şems Meclisinin üzvlerine ve başda Hacı Elemdar Mahir olmaq üzre qiymetli şair-yazarlara, Vahid Poeziya Evinin qiymetli sedrine çox salam, sevgi ve hörmetlerimi çatdır lütfen. Şeir ile qal.
    A. Uğur Olgar

    http://ugurolgar.sitemynet.com

    7
  8. ilqar suleymanli says:

    Gəlsə hərgah bizə,ahü nəvadən qeyri,
    Çox yəqin başımıza gəlməz həvadən qeyri.

    Eylərik vəsf qəra gözlü sənəmlər hüsnün,
    Düşə əmalımıza bəlkə qəradən qeyri.

    Cismü can qeydinə qalmaq bizə məqbul deyil,
    Çəkmərik nazını can içrə yəradən qeyri.

    Nitqimiz süst qılır qönçə dodaqlardakı sirr,
    Gəlməyir söz dilə»La hövla vəla»dən qeyri.

    Ətrini yaymağa ol zülf ki var,sübh çağı,
    Kimsə cürət eləməz mənlə səbadən qeyri.

    Əymərik zalimə baş,gər taxalar nizələrə,
    Olmarıq kimsəyə qul təkcə Xudadən qeyri.

    Bizəban,etmə şikayət nə cəfalər görsən,
    Ki,dəva yoxdu bizə həmdü sənadən qeyri.

    8


Leave a Reply

  • Dublinə “Ədəbiyyat şəhəri” titulu verildi

    Ceyms Coysun Dublindəki heykəliUNESCO İrlandiyanın paytaxtı Dublini “Ədəbiyyat şəhəri” elan edib.

    Dünyada yalnız 4 şəhərə belə ad verilib. Bundan əvvəl Edinburq, Melburn və Ayova-siti bu titula layiq görülmüşdü.

    İrlandiyanın mədəniyyət naziri Meri Hanafin deyib ki, şəhərin bu adı almağa tam haqqı çatır.

    Belə titulun verilməsində UNESCO (BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı) şəhərdəki nəşriyyatların, kitabxanaların, kitab dükanlarının, təhsil ocaqlarının və təşkil olunan ədəbiyyat festivallarının sayını, yerli medianın ədəbiyyata nə dərəcədə diqqət ayırmasını, bir sözlə ədəbiyyatın şəhər həyatına nə dərəcədə inteqrasiya olunduğunu nəzərə alır.

    Dublin həm də 20-ci əsrin ən böyük yazıçılarından olmuş Oskar Uayld, Conatan Svift, Bernard Şou, Ceyms Coys və Samuel Beketin şəhəridir.

    İrlandiyada ümid edirlər ki, bu titul ölkə mədəniyyətinin inkişafına və Dublinə gələn turistlərin sayının artmasına kömək edəcək.

  • Cahilliklər kitabından sonra’ Necə Bilirdiniz? «Cahillikler Kitabı» nın yazarları tərəfindən hazırlanan,68 tarixi şəxsiyyətin  xüsusiyyətlərini izah edən kitab «Necə Bilirdiniz?» rəflərdəki yerini aldı.

    '
    Haqqında çox danışılan "Cahilliklər Kitabı" nın yazarlarının 68 tarixi şəxsiyyətinin  xüsusiyyətlərini anladan "Necə Bilirdiniz?" adlı kitab oxuculara təqdim edildi.

    John Lloyd və Con Mitchinson tərəfindən hazırlanan kitabda düşmüş şəxsiyyətlərdən,saxta kimliklərlə insanları dolandıranlara, dəyərləri ancaq ölümlərindən sonra anlaşılanlardan seks aludəçilərinə qədər 68 ad yer alır.

    Karl Marks, Oliver Cromwell, Florence Nightingale, Henri Ford, H. G. Wells, Çingiz xan, Benjamin Franklin, Ziqmund Freyd kitabda yer alan adlardan yalnız birneçəsidir.

    Adlardan bəzi nümunələr ...

    Marks,Kapitalı ayaqda duraraq yazmışdı.

    Çingiz xanın məzarının yerini ancaq dişi bir dəvə bilirdi.

    Leonardonun riyaziyyat və həndəsə elmlərindən biliyi çox zəif idi.

    Nikola Tesla'nın ən ciddi eşq əlaqəsi bir göyərçinləydi.

    Florence Nightingale həyatının son əlli ilini yatalak olaraq keçirdi.

    NTV

  • Harry Potter’a intihal suçlaması

    Kitapları satış rekorları kıran, filmleriyle gişede rekor hasılat elde eden Harry Potter serisinin yazarı J.K. Rowling intihalle suçlanıyor.
    LONDRA - Kitapları satış rekorları kıran, filmleri gişede rekora koşan seri Harry Potter'ın yazarı Joanne Kathleen Rowling intihal yapmakla suçlanıyor. Hakkında dava açılan tarafsa kitapları yayınlayan Scholastic Yayınevi.

    Suçlama ünlü yazarın birçok kitabında 1987'de İngiliz yazar Adrian Jacobs tarafından yazılmış Büyücü Willy'nin maceraları kitabından çalıntı yaptığı yönünde.

    İntihalin büyük kısmının, 2000 yılında yayınlanan 'Harry Potter ve Ateş Kadehi' kitabında yapıldığı, ancak diğer kitaplarda da izinsiz alıntıların yer aldığı öne sürülüyor.

    Seriden 1 milyar doları aşan servet elde eden Rowling ise gündeme geldiği tarihten itibaren suçlamaları reddetmişti. Rowling, Adrian Jacobs diye bir yazardan ya da kitabından haberdar olmadığını söylemişti.

  • ‘Cinsi kitablar’ məhkəmədə!

    Oxuyanı heyvani hisslərə sürüklemir!
    Sel Yayınçılık evinin 'Cinsi kitablar' toplusu qalmaqlala səbəb olmuş, münsiflər heyyəti kitabları'' heyvani hissləri sürükləyəcək xüsusiyyətlər''tapmışdı. İkinci münsiflər heyəti isə kitabların''ədəbi''dəyərini verdi.

    Sel Yayınçılık tərəfindən 2009-ci ildə 'Cinsi kitablar' seriası daxilində yayımlanan Mən Mila'nın "perinin Sarkacı", Guillaume Apollinaire'in "Gənc Bir Don Juan'ın Məcaraları", Fransa PV'nin yayıma hazırladığı "Görgülü və Bilgili Bir burjua qadınının məkdubları "və Xuan Manuel də Prada'nın" Kukular Kitabı "haqqında İstanbul 2. Asli Cinayət Məhkəməsində Ümumi əxlaqa Aykırı Suçlar daxilində dava açılmışdı.

    Nəşriyyat sahibi İrfan Sancı haqqında 6 aydan 3 ilə qədər həbs cəzası tələb olunan davayla əlaqədar təyin edilən ilk araşdırma heyyətinin hazırladığı hesabatda 'Kukular Kitabı' başqa''diksindirici, oxuyanı heyvani hisslerə sürükləyəcək''xüsusiyyətlərin mövcud olduğunu bildirmişdi.

    Xəbərtürk qəzetinin yaydığı məlumata görə məhkəmə, yayınevinin etirazı üzərinə, ikinci bir araşdırma heyyətinin yaradılmasına qərar verdi. Bu qərar istinadən Qalatasaray Universiteti Elmi Ədəbiyyat fakultəsinin dekanı Prof. Dr. Osman Senemoğlu, Yrd. Dos. Dr. Atilla Demircioğlu ilə Baxçeşəhər Universiteti Hüquq Fakültəsindən Dos. Dr. Əli Kamal Yıldız'dan yaradılan nümayəndə heyyəti yeni bir hesabat hazırladı və yetkinliklə kitabların''ədəbi''xüsusiyyət daşıdığını bildirib.

    'Cinsi kitablar' məhkəmədə!
    Ədebiyatta müstehcenlik olmaz
    Yeni bir növ: ailəcək Oxunacaq kitab
    Ədəbi xüsusiyyət daşıyan kitabları nümayiş cinayət təşkil etmədiyini diqqət çəkilən hesabatda''bir sənət əsərində, xüsusi və açıq tasarımların təminat altına alınması''lazım olduğu vurğulandı

  • Necip Fazil Kısakürek anılacaq!


    Daha çox siyasi və ictimai tarix, fikir və mətbuat tarixi, dil kimi sahələrdə işlər görən Türkiyə Yazarlar Birliyinin Fondu,D. Mehmet Doğan, vefatının 27. Ili ilə bağlı Ustad Nəcib Fazil Kısakürek'i anacaq.

    26 May 1904 günü Çemberlitaş'ta dünyaya gələn, 25 May 1983-də aramızdan ayrılan Nəcib Fazıl'ın həyatı, fikirləri, mübarizəsi və əsərləri türk ədəbiyyatı və Türk düşüncə dünyası adına olduqca əhəmiyyətlidir. Nəcib Fazıl'ın, 'müddət məndən və mekân mənə emanettir! 'Şüurunda bir gənclik yaradılması fikri mübarizəsinin təməlini yaradır.

  • Ələmdar Mahirin 60 illiyi Yazıçılar Birliyində qeyd edilib

    01:04 / 14.05.2010
    Ötən gün Yazıçılar Birliyində (AYB) şair Ələmdar Mahirin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin mətbuat katibi, şair Ədalət Əsgəroğlu yubilyarı Birlik adından təbrik edib.
    “Şəms” ədəbi birliyinin sədri, şairə Elnarə Şəms Ə.Mahirin yaradıcılığı ilə şəxsiyyətinin bir-birini tamamladığını qeyd edib, ünsiyyətdə olduqları müddətdə ondan çox şey öyrəndiklərini diqqətə çatdırıb.
    Ə.Mahiri “istər din və şəriət məsələlərində, istər klassik Azərbaycan poeziyası sahəsində canlı ensiklopediya” adlandıran şair və filoloq Ənvər Nəzərli yubilyarın həyat və yaradıcılığından söz açıb: “1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gələn Ələmdar inanılmaz dərəcədə iti hafizəyə və yaddaşa malikdir. Adları bir çox mütəxəssislərə belə tanış olmayan şairlərin də şeirləri onun sinə dəftərindədir. Hacı Ələmdar Mahirin yaradıcılığının əsasını ilahi və irfani şeirlər təşkil edir”. Ə.Nəzərli şairin yaradıcılığının bədii məziyyətlərindən danışaraq onun şeirlərində təkcə təsvir və təriflə kifayətlənmədiyini, oxucusunu haqq yola, halallığa, ədalətə və mübarizəyə dəvət etdiyini önə çəkib: “Şairin qəzəllərində məhəbbətin yüksək bədii tərənnümü ilə bərabər ictimai məzmunlu qəzəllər də mühüm yer tutur”.
    İlqar Fəhmi Ə.Mahirin klassik irsimizin novator davamçısı kimi qələmə aldığı qəzəllərin bədii dəyərindən söz açıb. Gənclərin həmişə onu örnək aldığını, ondan öyrəndiyini qeyd edən İ. Fəhmi ona bundan sonra da yaradıcılıq uğurları arzulayıb.
    Xalq artisti Əlibaba Məmmədov çıxışında Ə.Mahir yaradıcılığının yalnız qələm dostları və oxucular tərəfindən deyil, musiqiçilər tərəfindən də sevildiyini nəzərə çatdırıb.
    Professor Tərlan Quliyev çıxışında Ə.Mahirin klassik şeirin poetikasına dərindən bələd olduğunu söyləyib: “Hacı Ələmdar Mahir əruza dərindən bələddir. Əslində əruzu dərindən mənimsəmədən, incəliklərinə varmadan yaxşı qəzəl yazmaq mümkün deyil”. T.Quliyev Ə.Mahirin ilahi ilhamdan yaranan şeirlər yazdığını diqqətə çatdırıb.
    Əməkdar məşqçi Hicran Şərifov da Ə.Mahirin qəzəllərini klassik irsimizdə yenilikçi ruhla yazılan poeziya nümunələri adlandırıb.
    Tədbirdə çıxış edən “Şəms” ədəbi birliyinin üzvləri Xatirə Vaqif, Dilşad Araz Ə.Mahiri özlərinə ustad bildiklərini deyiblər.
    Sonda çıxış edən yubilyar yaradıcılığına diqqət göstərən qonaqlara, tədbirin təşkilatçılarına minnətdarlıq edib, yaradıcılığı haqqında fikirlərini bölüşüb.
    525-ci qəzet
    SARA

  • ÖMRÜNÜ SƏNƏTƏ BAĞLAMIŞ İNSAN

    Bakı, 13 may (AzərTAc). Mayın 13-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Şəms” ədəbi birliyinin təşəbbüsü ilə klassik Azərbaycan poeziyasının təbliğatçılarından olan şair Ələmdar Mahirin 60 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi keçirilmişdir. AYB-nin mətbuat katibinin rəhbəri, şair Ədalət Əsgəroğlu, ədəbiyyatşünas-alim, şair Ənvər Nəzərli Ə.Mahirin qəzəl yaradıcılığından danışmışlar. Ələmdar Mahir 1950-ci ildə Bakının Nardaran kəndində anadan olmuş, bu mühitin klassik poeziyaya, muğama olan həssas münasibəti onun həyatı və yaradıcılığına öz təsirini göstərmişdir. Xalq Artisti Əlibaba Məmmədov klasssik qəzəl janrına novator münasibətinə və Füzuli irsinin tədqiq olunmasında böyük əməyi olduğuna görə Ə.Mahirə təşəkkürünü bildirmiş, müasir xanəndələrin repertuarında Füzuli, Əliağa Vahidlə bərabər Ə.Mahirin də qəzəllərindən istifadə olunduğunu söyləmişdir. Yazıçı-publisist, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, şair Qəşəm Nəcəfzadə və digərləri “Səadət intizarında” qəzəllər kitabı ilə ədəbiyyatımıza gələn, 6 kitab müəllifi “Məclisi-üns” şairlər məclisinin bərpa olunub fəaliyyət göstəməsində əməyi olan Ə.Mahirə yaradıcılıq uğurları arzulamışlar. Ələmdar Mahir tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, yeni qəzəllərini oxumuşdur.
  • Şairler ve Yazarlar Kurultayı Gerçekleşdirilecek

    aruz_2010

    BTİO 1 Şairler ve Yazarlar Kurultayı 12 Mayıs 2010 da okulumuz konferans Salonunda gerçekleşdirilecekdir.Baküde yaşayan Aruz Şairlerinden bir grubun katılımı ilegerçekleşdirecek kurultaya okulumuzun şiirsever öğrencileri için bir atölye çalışması şeklinde gerçeklenmesi planlanmaqdadır.

    Dəvət alanlar:Şair-filoloq Ənvər Nəzərli,Əşrəf,Dadaş,Seyran və "Şəms"məclisinin üzvləri!

  • Spam Blocked