Verilişlərdə
«Şəms ədəbi məclisi» 525-ci qəzetlə Azərbaycan Radiosunun birgə layihəsi olan «Sözdən Səsə» verilişində:
| PHP Error Message |
«Şəms ədəbi məclisi» 525-ci qəzetlə Azərbaycan Radiosunun birgə layihəsi olan «Sözdən Səsə» verilişində:
UNESCO İrlandiyanın paytaxtı Dublini “Ədəbiyyat şəhəri” elan edib.
Dünyada yalnız 4 şəhərə belə ad verilib. Bundan əvvəl Edinburq, Melburn və Ayova-siti bu titula layiq görülmüşdü.
İrlandiyanın mədəniyyət naziri Meri Hanafin deyib ki, şəhərin bu adı almağa tam haqqı çatır.
Belə titulun verilməsində UNESCO (BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı) şəhərdəki nəşriyyatların, kitabxanaların, kitab dükanlarının, təhsil ocaqlarının və təşkil olunan ədəbiyyat festivallarının sayını, yerli medianın ədəbiyyata nə dərəcədə diqqət ayırmasını, bir sözlə ədəbiyyatın şəhər həyatına nə dərəcədə inteqrasiya olunduğunu nəzərə alır.
Dublin həm də 20-ci əsrin ən böyük yazıçılarından olmuş Oskar Uayld, Conatan Svift, Bernard Şou, Ceyms Coys və Samuel Beketin şəhəridir.
İrlandiyada ümid edirlər ki, bu titul ölkə mədəniyyətinin inkişafına və Dublinə gələn turistlərin sayının artmasına kömək edəcək.
'
Haqqında çox danışılan "Cahilliklər Kitabı" nın yazarlarının 68 tarixi şəxsiyyətinin xüsusiyyətlərini anladan "Necə Bilirdiniz?" adlı kitab oxuculara təqdim edildi.
John Lloyd və Con Mitchinson tərəfindən hazırlanan kitabda düşmüş şəxsiyyətlərdən,saxta kimliklərlə insanları dolandıranlara, dəyərləri ancaq ölümlərindən sonra anlaşılanlardan seks aludəçilərinə qədər 68 ad yer alır.
Karl Marks, Oliver Cromwell, Florence Nightingale, Henri Ford, H. G. Wells, Çingiz xan, Benjamin Franklin, Ziqmund Freyd kitabda yer alan adlardan yalnız birneçəsidir.
Adlardan bəzi nümunələr ...
Marks,Kapitalı ayaqda duraraq yazmışdı.
Çingiz xanın məzarının yerini ancaq dişi bir dəvə bilirdi.
Leonardonun riyaziyyat və həndəsə elmlərindən biliyi çox zəif idi.
Nikola Tesla'nın ən ciddi eşq əlaqəsi bir göyərçinləydi.
Florence Nightingale həyatının son əlli ilini yatalak olaraq keçirdi.
NTV
Kitapları satış rekorları kıran, filmleriyle gişede rekor hasılat elde eden Harry Potter serisinin yazarı J.K. Rowling intihalle suçlanıyor.
LONDRA - Kitapları satış rekorları kıran, filmleri gişede rekora koşan seri Harry Potter'ın yazarı Joanne Kathleen Rowling intihal yapmakla suçlanıyor. Hakkında dava açılan tarafsa kitapları yayınlayan Scholastic Yayınevi.
Suçlama ünlü yazarın birçok kitabında 1987'de İngiliz yazar Adrian Jacobs tarafından yazılmış Büyücü Willy'nin maceraları kitabından çalıntı yaptığı yönünde.
İntihalin büyük kısmının, 2000 yılında yayınlanan 'Harry Potter ve Ateş Kadehi' kitabında yapıldığı, ancak diğer kitaplarda da izinsiz alıntıların yer aldığı öne sürülüyor.
Seriden 1 milyar doları aşan servet elde eden Rowling ise gündeme geldiği tarihten itibaren suçlamaları reddetmişti. Rowling, Adrian Jacobs diye bir yazardan ya da kitabından haberdar olmadığını söylemişti.

Oxuyanı heyvani hisslərə sürüklemir!
Sel Yayınçılık evinin 'Cinsi kitablar' toplusu qalmaqlala səbəb olmuş, münsiflər heyyəti kitabları'' heyvani hissləri sürükləyəcək xüsusiyyətlər''tapmışdı. İkinci münsiflər heyəti isə kitabların''ədəbi''dəyərini verdi.
Sel Yayınçılık tərəfindən 2009-ci ildə 'Cinsi kitablar' seriası daxilində yayımlanan Mən Mila'nın "perinin Sarkacı", Guillaume Apollinaire'in "Gənc Bir Don Juan'ın Məcaraları", Fransa PV'nin yayıma hazırladığı "Görgülü və Bilgili Bir burjua qadınının məkdubları "və Xuan Manuel də Prada'nın" Kukular Kitabı "haqqında İstanbul 2. Asli Cinayət Məhkəməsində Ümumi əxlaqa Aykırı Suçlar daxilində dava açılmışdı.
Nəşriyyat sahibi İrfan Sancı haqqında 6 aydan 3 ilə qədər həbs cəzası tələb olunan davayla əlaqədar təyin edilən ilk araşdırma heyyətinin hazırladığı hesabatda 'Kukular Kitabı' başqa''diksindirici, oxuyanı heyvani hisslerə sürükləyəcək''xüsusiyyətlərin mövcud olduğunu bildirmişdi.
Xəbərtürk qəzetinin yaydığı məlumata görə məhkəmə, yayınevinin etirazı üzərinə, ikinci bir araşdırma heyyətinin yaradılmasına qərar verdi. Bu qərar istinadən Qalatasaray Universiteti Elmi Ədəbiyyat fakultəsinin dekanı Prof. Dr. Osman Senemoğlu, Yrd. Dos. Dr. Atilla Demircioğlu ilə Baxçeşəhər Universiteti Hüquq Fakültəsindən Dos. Dr. Əli Kamal Yıldız'dan yaradılan nümayəndə heyyəti yeni bir hesabat hazırladı və yetkinliklə kitabların''ədəbi''xüsusiyyət daşıdığını bildirib.
'Cinsi kitablar' məhkəmədə!
Ədebiyatta müstehcenlik olmaz
Yeni bir növ: ailəcək Oxunacaq kitab
Ədəbi xüsusiyyət daşıyan kitabları nümayiş cinayət təşkil etmədiyini diqqət çəkilən hesabatda''bir sənət əsərində, xüsusi və açıq tasarımların təminat altına alınması''lazım olduğu vurğulandı

Daha çox siyasi və ictimai tarix, fikir və mətbuat tarixi, dil kimi sahələrdə işlər görən Türkiyə Yazarlar Birliyinin Fondu,D. Mehmet Doğan, vefatının 27. Ili ilə bağlı Ustad Nəcib Fazil Kısakürek'i anacaq.
26 May 1904 günü Çemberlitaş'ta dünyaya gələn, 25 May 1983-də aramızdan ayrılan Nəcib Fazıl'ın həyatı, fikirləri, mübarizəsi və əsərləri türk ədəbiyyatı və Türk düşüncə dünyası adına olduqca əhəmiyyətlidir. Nəcib Fazıl'ın, 'müddət məndən və mekân mənə emanettir! 'Şüurunda bir gənclik yaradılması fikri mübarizəsinin təməlini yaradır.
01:04 / 14.05.2010
Ötən gün Yazıçılar Birliyində (AYB) şair Ələmdar Mahirin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin mətbuat katibi, şair Ədalət Əsgəroğlu yubilyarı Birlik adından təbrik edib.
“Şəms” ədəbi birliyinin sədri, şairə Elnarə Şəms Ə.Mahirin yaradıcılığı ilə şəxsiyyətinin bir-birini tamamladığını qeyd edib, ünsiyyətdə olduqları müddətdə ondan çox şey öyrəndiklərini diqqətə çatdırıb.
Ə.Mahiri “istər din və şəriət məsələlərində, istər klassik Azərbaycan poeziyası sahəsində canlı ensiklopediya” adlandıran şair və filoloq Ənvər Nəzərli yubilyarın həyat və yaradıcılığından söz açıb: “1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gələn Ələmdar inanılmaz dərəcədə iti hafizəyə və yaddaşa malikdir. Adları bir çox mütəxəssislərə belə tanış olmayan şairlərin də şeirləri onun sinə dəftərindədir. Hacı Ələmdar Mahirin yaradıcılığının əsasını ilahi və irfani şeirlər təşkil edir”. Ə.Nəzərli şairin yaradıcılığının bədii məziyyətlərindən danışaraq onun şeirlərində təkcə təsvir və təriflə kifayətlənmədiyini, oxucusunu haqq yola, halallığa, ədalətə və mübarizəyə dəvət etdiyini önə çəkib: “Şairin qəzəllərində məhəbbətin yüksək bədii tərənnümü ilə bərabər ictimai məzmunlu qəzəllər də mühüm yer tutur”.
İlqar Fəhmi Ə.Mahirin klassik irsimizin novator davamçısı kimi qələmə aldığı qəzəllərin bədii dəyərindən söz açıb. Gənclərin həmişə onu örnək aldığını, ondan öyrəndiyini qeyd edən İ. Fəhmi ona bundan sonra da yaradıcılıq uğurları arzulayıb.
Xalq artisti Əlibaba Məmmədov çıxışında Ə.Mahir yaradıcılığının yalnız qələm dostları və oxucular tərəfindən deyil, musiqiçilər tərəfindən də sevildiyini nəzərə çatdırıb.
Professor Tərlan Quliyev çıxışında Ə.Mahirin klassik şeirin poetikasına dərindən bələd olduğunu söyləyib: “Hacı Ələmdar Mahir əruza dərindən bələddir. Əslində əruzu dərindən mənimsəmədən, incəliklərinə varmadan yaxşı qəzəl yazmaq mümkün deyil”. T.Quliyev Ə.Mahirin ilahi ilhamdan yaranan şeirlər yazdığını diqqətə çatdırıb.
Əməkdar məşqçi Hicran Şərifov da Ə.Mahirin qəzəllərini klassik irsimizdə yenilikçi ruhla yazılan poeziya nümunələri adlandırıb.
Tədbirdə çıxış edən “Şəms” ədəbi birliyinin üzvləri Xatirə Vaqif, Dilşad Araz Ə.Mahiri özlərinə ustad bildiklərini deyiblər.
Sonda çıxış edən yubilyar yaradıcılığına diqqət göstərən qonaqlara, tədbirin təşkilatçılarına minnətdarlıq edib, yaradıcılığı haqqında fikirlərini bölüşüb.
525-ci qəzet
SARA
BTİO 1 Şairler ve Yazarlar Kurultayı 12 Mayıs 2010 da okulumuz konferans Salonunda gerçekleşdirilecekdir.Baküde yaşayan Aruz Şairlerinden bir grubun katılımı ilegerçekleşdirecek kurultaya okulumuzun şiirsever öğrencileri için bir atölye çalışması şeklinde gerçeklenmesi planlanmaqdadır.
Dəvət alanlar:Şair-filoloq Ənvər Nəzərli,Əşrəf,Dadaş,Seyran və "Şəms"məclisinin üzvləri!
Bu barədə Milli.Az xəbər portalına Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, hazırda Hacıkənddə sel nəticəsində bərbad vəziyyətə düşən tarixi abidənin təmir-bərpa işləri gedir. Hacıkənddəki kitabxananın təmirindən sonra məqbərənin təmirinə başlanılacaq. Orda bir çox otaqlar bərbad hala düşüb. Təmirin şəhər gününədək başa çatdırılması nəzərdə tutulub.
Xatırladaq ki, Gəncədə indiyədək 544 tarixi abidə siyahıya alınıb və onlardan 288-i dövlət tərəfindən qorunur.
Qalmaqallı Britaniya yazıçısı Salman Rüşdinin “Şeytan ayələri” romanının Azərbaycan dilinə tərcüməsinin “Unikal” qəzetində çapı dayandırıldı. Bu dəfə birdəfəlik.
Bu barədə Azadlıq Radiosunun “Oxu zalı”na qəzetin baş redaktoru Eldəniz Elgün məlumat verib.
Əsərin çapına Azərbaycan İslam Partiyası və bir qrup QHT etiraz edirdi.
Amma baş redaktor bununla heç də öz prinsiplərinə xəyanət etmədiklərini deyir: “Əksinə bu bizim qələbəmizdir”.
E.Elgün deyir ki, Salman Rüşdinin əsərinin çapını dərhal dayandırmayıblar, etirazlara baxmayaraq qəzetin ötən bazar günü dərc olan sayında əsərdən növbəti parçanı veriblər.
"Biz bununla göstərmək istədik ki, iranmeylli islamçıların təzyiqləri qarşısında geri çəkilmirik və istəsək əsəri çap edə bilərik. Sadəcə əsl din adamlarının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xahişini nəzərə alıb əsərin çapını davam etdirməmək qərarı verdik".
Baş redaktor deyir ki, Rüşdinin əsəri çap olunan səhifədə bundan sonra İranın Azərbaycanda qurduğu şəbəkə haqqında araşdırmalar dərc edəcəklər.
E.Elgün bu məsələ ilə bağlı iyulun 5-də bəyanat da yayıb.
Bəyanatda deyilir: "Biz sübut edəcəyik ki, əslində Azərbaycan üçün təhlükə Salman Rüşdidən yox, məhz irançılardan gəlir”.
İslamçılar ötən həftə yazının çapının dayandırılması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etmişdilər.
Komitə qəzetin rəhbərliyi ilə görüş keçirib tərcümənin çapının dayandırılmasını tövsiyə etmişdi. Bu cür nəşrlərin dindarlar arasında ciddi reaksiya doğurduğunu əsas gətirmişdi.
Baş redaktor əvvəlcə buna razı olsa da, sonradan fikrini dəyişmişdi.
Azadlıq
Amerikanın Kentukki ştatından olan 28 yaşlı şair Conni Loqan Spenser ona qarşı irəli sürülən "prezident Barak Obamanı ölümlə hədələmə" ittihamıyla razılaşıb – günahını etiraf edib. (AP)
Spenser ağdərili irqçilərin NewSaxon.org saytında özünün “Snayper” şeirini yeləşdirmişdi.
Şeirdə bir snayper “tiran”ı qətlə yetirir, şeirin sonunda bunun prezident olduğu aydınlaşır və panika başlayır.
Spenser günahını iyulun 6-da Luisvildəki dairə məhkəməsində - prokurorla sövdələşməsiz boynuna alıb.
Cinayət Məcəlləsində onun əməlinə görə maksimum 5 illik həbs cəzası nəzərdə tutulur.
Məhkəmə işlə bağlı noyabrın 2-də hökm çıxaracaq.
Azadlıq
Nobel mükafatlı türk yazıçısı Orhan Pamuk “İstanbul” romanını təbliğ etmək üçün mayın 17-də Albaniyaya gedib.
Türkiyə mətbuatı yazır ki, Tiranada onu krallar kimi qarşılayıblar.
İki günlük səfərin başlanğıcında Pamuku Albaniya prezidenti Bamir Topi qəbul edib, Tirana Universitetində isə türk yazıçısına fəxri doktor adı verilib.
Pamukun romanları Albaniyada ən çox satılan əsərlər sırasındadır. Onun ən son romanı olan "Məsumiyyət muzeyi" də yaxın vaxtlarda albanca çap ediləcək.
Pamuku prezidentin ardınca baş nazir Sali Berişa da qəbul edib:
“Sizin öz kitablarınızda əks etdirdiyiniz psixologiya alban psixologiyasına çox bənzəyir.
Albanlardan da bir neçə əsr boyunca Osmanlı imperatorluğuna xidmət edənlər olub.
İlk türk ensiklopedik lüğətini Sami Fraşeri hazırlayıb, Türk Universitetinin ilk rektoru Hasan Tahsin olub, Türk himninin sözlərini isə Mehmet Akif yazıb”.
Pamuk isə deyib ki, Albaniyanı gərək daha erkən ziyarət edəydi.
“Məndə alban qanı da var, çünki anamın anası albandır”.
Pamuk "İstanbul" romanında türk xalqının Şərqlə Qərb arasında kimlik çabalarından danışır. O, Tirana Universitetindəki çıxışında deyib:
"İndi bir çox xalqlar müasirliyi qavramağa cəhdlər etməkdədirlər.
Amma heç bir xalq öz kimliyini unutmamalıdır.
Əlbəttə biz tarixin əsiri deyilik, fəqət tarixdən qopsaq, böyük bir xəta yapmış olarıq.
Bütün bu məsələlər kitablarımda əks olunub".
www.azadliq.org
| Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
|---|---|---|---|---|---|---|
| « Авг | ||||||
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | |||
Şəms Ədəbi Məclisi © 2007 - 2010 All Rights Reserved. Using WordPress 2.8.6 Engine
Entries and Comments.
Prosumer ver. 1.9 design by WP GPL

SƏSİNİZ HƏR ZAMAN HƏR YERDƏ EŞİDİLSİN AMİN!
1